Fransada hökumət böhranı: Lekornyu yenidən istefa verə bilər
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yenidən Fransanın baş naziri təyin edilən Sebastyen Lekornyu vəzifəsini uğurla yetirə bilmədiyi təqdirdə istefa verəcəyini istisna etməyib.
Oxu.Az xəbər verir ki, bu barədə həftəlik "La Tribune Dimanche" məlumat yayıb.
Nəşr Lekornyunun sözlərini sitat gətirib:
"Mən ötən bazar ertəsi hökumət başçısı vəzifəsində işləməyim üçün şərtlər yerinə yetirilmədiyinə görə istefa verdim. Həmin şərtlər yenidən yerinə yetirilməsə, gedəcəyəm. Cəfəngiyyatla məşğul olmaq fikrim yoxdur", - o deyib.
Xatırladaq ki, Lekornyu oktyabrın 6-da istefa verib. O, "missiyasının tamamlandığını" və bu vəzifəyə qayıtmayacağını bildirib. Oktyabrın 10-da Makron Lekornyunu yenidən baş nazir təyin edib.
Bu mövzuda digər xəbərlər:Lekornyu: Fransada meşə yanğınları səbəbindən 116 hektardan çox ərazi yanıb
27 İyul 2026 20:22
Fransada hökumət yenidən formalaşdırılıb
27 Fevral 2026 00:43
Fransada büdcə böhranı: Hökumət istefaya göndəriləcək
30 Yanvar 2026 17:11
Lekornyu yeni Fransa hökumətini formalaşdırıb
13 Oktyabr 2025 00:28
Fransa parlamenti Lekornyu ilə bacarmadı
16 Oktyabr 2025 15:54
Baxış sayı:160
Bu xəbər 11 Oktyabr 2025 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















