Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Fransada hökumətə etimadsızlıq: lehinə 194, əleyhinə 364 səs

Fransada hökumətə etimadsızlıq: lehinə 194, əleyhinə 364 səs

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa Milli Assambleyasında bir qədər bundan  əvvəl anonsu edilən hökumətə etimadsızlıq səsverməsi baş tutub. Gözlənildiyi kimi, səsvermənin nəticələri Makronun qurduğu hökumət üçün uğursuz olub. Belə ki, parlament çoxluğu  Baş nazir Fransua Bayru hökumətinə etimadın əleyhinə səs verib. Milli Assambleyada səsvermə belə başa çatıb: Baş nazirə etimadın lehinə 194, əleyhinə 364.

Ölkə daxilində və çölündə sürətlə nüfuzunu itirən Makron iqtidarı

Fransada siyasi böhran, xüsusilə də hökumətlərin tez-tez dəyişdirilməsi artıq permanent hal alıb. Prezident Makron son 20 ayda dördüncü baş nazirini etimadsızlıq səsverməsində itirir və bu, borc içində olan ölkəni daha dərin böhrana sürükləyir. Kədərli reallıq ortadadır: Makronun 2018-ci ildən bəri həyata keçirdiyi səriştəsiz siyasət ölkəni bataqlığa salıb və indiki komanda ilə buradan çıxmaq mümkünsüz görünür.

Fransa xüsusilə də geriləyən iqtisadiyyatı ilə Avropa İttifaqının (Aİ) drayver ölkəsi mövqeyini sürətlə itirməkdədir. Paralel şəkildə, Yelisey Sarayı getdikcə daha çox dərəcədə qlobal proseslərdən kənarlaşdırılmaqdadır. Mərkəzi hakimiyyətin Afrikada, dənizaşırı ərazilərdə yerləşən müstəmləkə ərazilərində nüfuzunu itirməsi də ciddi problem kimi qəbul olunur. Fransa müstəmləkəçiliyinin 500 illik tarixi var. Sümürmə siyasəti bu ölkəyə yüzilliklər ərzində böyük sərvətlərə sahibləmək imkanı qazandırıb. İndi isə Fransa gah bu, gah da digər müstəmləkə ərazilərindən biabırcasına qovulur.

Ölkə daxilində də vəziyyət son həddədək gərginləşib. Keçirilən rəy sorğularında Makronun reytinqi 20 faizdən də aşağı düşüb. Hətta bunun da şişirdilmiş rəqəm olduğu bildirlir. Ölkə vətəndaşlarının ümumi mövqeyi belədir ki, Fransanın bugünkü kədərli reallıqları fonunda Makronun reytinqinin 15-20 faiz arasında qalması belə təəccüb doğurur. Eyni zamanda, prezidentin ətrafında cəmləşən mərkəzçi koalisiyanın nüfuzunun əhəmiyyətli dərəcədə aşağı düşməsi fonunda sağçıların mövqeləri sürətə güclənməkdədir. Son günlərdə  Fransada siyasi partiyalar və həmkarlar ittifaqlarından kənar vətəndaş təşəbbüsləri tərəfindən irəli sürülən “Hər şeyi dayandırmaq!” çağırışı ölkə üzrə sosial şəbəkələrdə geniş yayılmağa başlayıb. Bu təşəbbüsün məqsədi sentyabrın ikinci ongünlüyündən etibarən ölkənin tam iflic vəziyyətə salınmasıdır. Sosial şəbəkələrdə yayılan mesajlarda təşəbbüskarlar insanları tam boykot, itaətsizlik və həmrəylik vasitəsilə ölkədə bütün sahələrdə işlərin dayandırılmasına - tətil etməyə çağırırlar.

Hökumətlər dəyişsə də, problemlər qalır...

Baş nazir Bayrunun  daha əvvəl Milli Assambleyada keçirilən iclasda bildirdiyi kimi, deputatların hökumətə etimad göstərməmək qərarı onun istefasına səbəb olacaq. Beləliklə, Makron son 20 ayda dördüncü baş nazirini etimadsızlıq səsverməsində itirir. Bayrunu kimin əvəzləyəcəyi hələlik bəlli deyil. Bununla belə, reallıq ortadadır: Baş nazirlər dəyişsə də, problemlər qalmaqda davam edir. Bayrunun özü Milli Assambleyanın əvvəki iclaslarında cıxışında  ölkənin 3,4 trilyon avroluq böyük dövlət borcunu xatırladıb. Baş nazirin etirafına görə,  maliyyə siyasəti dəyişdirilməsə, 2030-cu ilə qədər dövlət borcuna xidmət ölkəyə 100 milyard avrodan çox  vəsaitə başa gələcək. 2024-cü ildə dövlət borcuna xidmət dəyərinin 69 milyard avroya çatdığını bildirən Baş nazir vurğulayıb ki, borc yükü hər saniyədə 5 min avro artır.

Aydın məsələdir ki, Makron iqtidarının diletantlıq ucbatından böyük borclanmaya getməsinin fəsadlarının aradan qaldırılması sərt müdaxilələr edilməsinin zəruriliyini gündəmə gətirib. Ancaq Bayru ölkənin iqtisadi siyasətinin dəyişməsinin vacibliyindən bəhs etsə də, o, borc yükünün  və büdcə kəsirinin azaldılmasının asan yolunu sərt qənaət rejiminə keçiddə görür. 2026-cı ilin büdcə qanunu məhz belə yanaşma əsas götürülməklə hazırlanıb ki, bu da birmənalı qarşılanmayıb.  Həmkarlar ittifaqları bu qanunu ədalətsiz, sosial hüquqlara qarşı hücum kimi qiymətləndiriblər. Həqiqətən də, inflyasiyanın, qiymətlərin sürətlə artması, gəlir imkanlarının isə azalması fonunda nəyi necə qənaət etməyin izahını vermək çox çətindir.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Sentyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri