Milyonları ələ keçirən FTB əməkdaşına ChatGPT dən məsləhət: Bu ərazini al
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş əməkdaşı Patrik Stiven Yarok dələduzluq və çirkli pulların yuyulmasında təqsirini etiraf edib. O, başqalarının kriptovalyuta hesablarından öz hesablarına vəsait köçürmək üçün FTB-nin məxfi materiallarına xidməti çıxış imkanından istifadə edib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
İstintaqın məlumatına görə, 37 yaşlı Yarok 2017-ci ildən FTB-nin Boston bölməsində çalışıb, 2025-ci ilin fevralında isə əks-kəşfiyyat və casusluq şöbəsinə keçib. Yeni vəzifəsi ona xidməti fəaliyyətinə birbaşa aidiyyəti olmayan istintaq materiallarına çıxış imkanı verib.
Məhkəmə sənədlərinə əsasən, Yarok 2024-cü ilin dekabrında müxtəlif kriptovalyuta hesablarından öz hesablarına vəsait köçürməyə başlayıb. Bunların arasında xarici dövlətlərlə bağlı istintaqlarda adı keçən şəxslərin hesabları, həmçinin FTB-nin əməliyyat keçirmək üçün yaratdığı hesab da olub. Ümumilikdə, o, 35 ayrı istintaqla bağlı məlumatlardan istifadə edib.
İstintaq müəyyən edib ki, keçmiş agent təxminən 100 saxta əməliyyat həyata keçirərək 2,47 milyon dollara yaxın vəsait əldə edib.
İş materiallarından Yarokun xaricdə yeni həyata başlamaq planları da məlum olub. O, "ChatGPT"dən pulu necə daha sərfəli investisiya edə biləcəyini və köçmək üçün Avropa İttifaqının hansı ölkəsini seçməli olduğunu soruşub. Çatbot təklif etdiyi variantlar arasında Portuqaliyanı seçməyi və üzüm bağı almağı da göstərib.
Bu tövsiyədən sonra Yarok portuqaliyalı hüquqşünaslarla əlaqə saxlayıb, etibarnamə rəsmiləşdirib və vergi nömrəsi almaq üçün prosedura başlayıb. O, 2026-cı ilin sentyabrında Portuqaliyaya getməyi planlaşdırıb.
Yarok barəsində hökmün elan edilməsi 2027-ci il martın 4-nə təyin olunub. Onu 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Baxış sayı:126
Bu xəbər 07 Noyabr 2026 01:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















