Fransada iki polisə bıçaqla hücum edilib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paris, 11 avqust, AZƏRTAC
Fransanın cənub-qərbindəki Tuluza şəhərində iki bələdiyyə polisi bıçaqlı hücum nəticəsində yaralanıb. Hadisə ilə əlaqədar dövlət hakimiyyəti nümayəndələrinə qarşı qətlə cəhd ittihamı üzrə araşdırma başlanıb.
AZƏRTAC BFMTV-yə istinadla xəbər verir ki, polis əməkdaşları üçüncü həmkarları ilə patrul xidməti apararkən silahlı şəxsin hücumuna məruz qalıblar.
Polislərdən biri qolundan və boynundan, digəri isə dirsəyindən yaralanıb. Hər iki zərərçəkən Rangey xəstəxana kompleksinə çatdırılıb. Onların həyati təhlükəsinin olmadığı bildirilib.
Tuluz Prokurorluğu hadisə ilə bağlı hakimiyyət nümayəndələrinə qarşı qətlə cəhd maddəsi üzrə cinayət işi açıb. Araşdırma Mütəşəkkil və İxtisaslaşmış Cinayətkarlıqla Mübarizə Bölməsinə həvalə edilib.
İlkin məlumata görə, hücum edən şəxs hadisə zamanı terror xarakterli ifadələr işlədib. Bununla belə, hazırkı mərhələdə hadisəyə terror aktı kimi hüquqi qiymət verilməyib.
Tuluz prokuroru BFMTV-yə bildirib ki, səsləndirilən ifadələr təkbaşına hücumu terror aktı kimi təsnifləndirmək üçün kifayət etmir. Bununla yanaşı, hücumun motivlərini müəyyənləşdirmək üçün bu versiyanın da araşdırılmasının vacib olduğu vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 11 Avqust 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















