Fransada isti hava şəraiti ilə əlaqədar bəzi qatarların hərəkəti müvəqqəti dayandırılıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paris, 12 avqust, AZƏRTAC
Fransada davam edən anomal istilər dəmir yolu nəqliyyatında çətinliklər yaradıb.
AZƏRTAC xəbər verir ki, Fransa Dəmir Yolları Şirkəti növbəti iki gün ərzində əyalətlərdən paytaxt Parisə gələn qatarların işləməyəcəyini açıqlayıb. Bu addımın həmin qatarların soyutma sistemində yarana biləcək nasazlıqların qarşısını almaq məqsədilə atıldığı bildirilib.
Bu qərar sərnişinlər arasında narazılığa səbəb olub. “CGT Cheminot-Auvergne-Nivernais” həmkarlar ittifaqı xəbərdarlıq edib ki, yüzlərlə sərnişin platformalarda gözləməyə məcbur olacaq. Bunun məsuliyyəti isə Fransa Dəmir Yolları Şirkətinin üzərindədir.
Xatırladaq ki, bu şirkət ötən həftə də Fransada bir sıra qatarların hərəkətini müvəqqəti dayandırmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 12 Avqust 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















