Icma.az
close
up
RU
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Paris, 5 oktyabr, AZƏRTAC

Fransada lisey şagirdlərinin daha yaxşı təhsil şəraiti və əlavə resurslar tələbi ilə keçirdiyi etirazlar fonunda bəzi müəllimlər də onların mövqeyinə dəstək ifadə edirlər. Bununla belə, müəllimlər nümayişlər zamanı şagirdlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını da dilə gətirirlər.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Esson departamentinin Atis-Mons şəhərindəki Marsel Panyol liseyində çalışan müəllimlər şagirdlərin etirazlarının səbəblərini başa düşdüklərini bildirirlər. Onların fikrincə, şagirdlərin irəli sürdüyü bir sıra tələblər müəllimlərin öz problemləri ilə də üst-üstə düşür.

Liseydə fransız dili müəllimi və “Sud Education” həmkarlar ittifaqının üzvü Tanqi qeyd edir ki, şagirdlərin “həddindən artıq böyük siniflər” barədə şikayətləri, əslində, müəllim çatışmazlığı problemini də əks etdirir.

Onun sözlərinə görə, bəzi siniflərdə şagirdlərin sayı 35 nəfərə çatır, tədris avadanlığı kifayət qədər deyil və hətta bəzən şagirdlər üçün stul belə tapılmır. Müəllim hesab edir ki, şagirdlər də təhsil və iş şəraitinin getdikcə pisləşdiyini açıq şəkildə görürlər.

Tarix və coğrafiya müəllimi Leo isə liseylərin blokadaya alınmasını gənclərin öz fikirlərini ifadə etməsinin bir forması kimi qiymətləndirir. O, qarşıdan gələn prezident seçkiləri fonunda ölkədəki siyasi vəziyyətin də gənclərin fəallığına təsir göstərə biləcəyini bildirərək deyib: “Bu, məktəbin və gənclərin əhəmiyyətini göstərməyin bir yoludur”. Müəllim gənclərin ölkədə baş verən proseslərə laqeyd olmadığını vurğulayaraq, onların siyasi və ictimai məsələlərə maraq göstərməsini müsbət hal hesab etdiyini bildirib. Bununla yanaşı, hər iki müəllim şagirdləri etiraz aksiyalarında dinc şəkildə iştirak etməyə çağırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Oktyabr 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see323

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see315

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see311

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see302

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see281

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see269

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see261

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see249

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see244

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see242

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see237

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see224

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see216

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see215

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see209

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see200

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see190

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see180

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see179

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri