Icma.az
close
up
RU
Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb

Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Paris, 5 oktyabr, AZƏRTAC

Fransada lisey şagirdlərinin daha yaxşı təhsil və iş şəraiti tələbi ilə keçirdiyi etiraz aksiyaları oktyabrın 5-də davam edib. Milli təhsil naziri bildirib ki, ölkə üzrə 3700 liseydən 400-500-də dərslər “tamamilə və ya qismən” dayandırılacaq.

AZƏRTAC xəbər verir ki, İle-de-Frans regionunda isə liseylərin üçdə birindən çoxunun bazar ertəsi fəaliyyətini dayandıracağı açıqlanıb. Regionun prezidenti Valeri Pekressin sözlərinə görə, bir sıra təhsil müəssisələrində giriş qapıları bağlı qalacaq.

Fransanın Baş naziri Sebastyən Lökornü hökumət üzvlərinə, o cümlədən milli təhsil, səhiyyə və daxili işlər nazirlərinə beş istiqamətdən ibarət fəaliyyət planı göndərib. Baş nazir ayın sonunadək konkret qərarların qəbul olunmasını tələb edib və təhlükəsizlik şəraitinin imkan verdiyi bütün məktəblərdə dərslərin bərpasına çağırıb.

Lisey Şagirdləri Həmkarlar İttifaqı çərşənbə axşamı, oktyabrın 6-da “III akt” adlandırılan genişmiqyaslı aksiya keçirilməsinə çağırış edib. Təşəbbüsə təhsil sahəsində fəaliyyət göstərən bir sıra həmkarlar ittifaqları da dəstək verib. CGT həmkarlar ittifaqı isə nümayişlər zamanı şagirdlərin yanında olacağını və aksiyaların təhlükəsiz keçirilməsinə kömək edəcəyini bildirib.

Etirazlar fonunda Marseldə 15 yaş yarımlıq yeniyetmə barəsində də məhkəmə qərarı verilib. O, lisey şagirdlərinin nümayişləri zamanı yoldan keçən qadının üzünə alışan sprey püskürtməkdə şübhəli bilinir. Marsel prokurorunun məlumatına görə, yeniyetmə “barbarlıq aktı” ittihamı ilə təqsirləndirilərək ilkin həbsə göndərilib.

Fransanın daxili işlər naziri Loran Nünez polis və jandarm qüvvələrinin etirazlar zamanı “qeyri-mütənasib” hərəkətlərə yol verdiyi barədə ittihamları rədd edib. Nazir bildirib ki, polis əməkdaşları və jandarmlar dağıntıların, zorakılıq və digər qanun pozuntularının qarşısını almaq üçün “qətiyyətlə və gecikmədən” müdaxilə edirlər. Onun sözlərinə görə, bu müdaxilələr rəhbərliyin nəzarəti altında və zərurət yarandıqda məhkəmə orqanlarının nəzarəti ilə mütənasiblik prinsipi əsasında həyata keçirilir. Bu açıqlama Fransanın Hakimlər Həmkarlar İttifaqının gənclərə qarşı repressiyalara son qoyulması çağırışından sonra səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Oktyabr 2026 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri