Icma.az
close
up
RU
Fransada polis zorakılığı: Yeni hesabat “cəzasızlıq” problemini ifşa edir

Fransada polis zorakılığı: Yeni hesabat “cəzasızlıq” problemini ifşa edir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paris, 19 noyabr, AZƏRTAC

“Flagrant déni” adlı qeyri-hökumət təşkilatının (QHT) noyabrın 18-də yayımlanan hesabatı Fransa polis nəzarət sisteminin strukturu və işləmə mexanizmlərinin polis zorakılığı hallarında cəzasızlığa şərait yaratdığını iddia edir.

AZƏRTAC xəbər verir ki, “Polisə nəzarət: hər şeyi niyə dəyişmək lazımdır” adlı hesabatda QHT polis əməkdaşları barəsində edilən şikayətləri araşdıran qurumların struktur problemlərini ətraflı şəkildə göstərir. Hesabat Ədliyyə Nazirliyindən alınmış məlumatlara, zərərçəkmişlərin ifadələrinə, vəkillərin, araşdırmaçıların və polis əməkdaşlarının müsahibələrinə əsaslanır.

Hesabata görə, dövlət hakimiyyətini təmsil edən şəxslər (PDAP) tərəfindən törədilən zorakılıq halları son səkkiz ildə 60%-ə yaxın artıb: 2016-cı ildə 700 iş qeydə alınmışdısa, 2024-cü ildə bu rəqəm 1 110-a çatıb. Eyni zamanda, Milli Polis Müfəttişliyi (IGPN) əməkdaşlarının sayı azalıb və bu da şikayətlərin daha az tanınan və yerli səviyyədə fəaliyyət göstərən departament deontologiya mərkəzləri kimi strukturlar tərəfindən araşdırılmasına səbəb olub.

QHT-nin araşdırmasına görə, formal olaraq yalnız kiçik pozuntular üçün yaradılan bu mərkəzlər xeyli sayda işi, eləcə də ciddi zorakılıq hallarını öz üzərilərinə götürür. Bu isə rəsmi qaydalara ziddir.

“Flagrant déni” bu mərkəzlərin Milli Polis Baş Müfəttişliyində (IGPN) də az müstəqil olduğunu bildirir. Onlar Departament İctimai Təhlükəsizlik Direktorluğuna tabe olduğundan, bəzən öz həmkarları barəsində istintaq aparırlar. Bildirilir ki, bu mərkəzlər çoxlu işlərdən qurtulmaq üçün istifadə olunan bir “kənar otaq”dır və bu strukturlara göndərilən işlərin heç biri ittihamla nəticələnməyib.

Hesabat zorakılıq işlərində nəticəlilik səviyyəsinin də xeyli aşağı düşdüyünü göstərir. “Flagrant déni”nin hesablamalarına əsasən, bu göstərici hazırda 25%-ə enib. Bunun əsas səbəbləri kimi sistemin yüksək dərəcədə mərkəzləşdirilmiş və qapalı olması, resurs çatışmazlığı və şəffaflığın azlığı göstərilir. IGPN yalnız işlərin 10 %-ni araşdırdığını təsdiqləyib, qalan işlər isə daha az tanınan və nəzarət mexanizmləri zəif olan qurumlara yönləndirilir.

QHT bu vəziyyətin Avropa İnsan Haqları Məhkəməsinin tələblərinə zidd olduğunu bildirir. Həmin tələblərə görə, polis zorakılığı işlərində istintaq aparan qurumlar idarəolunan şəxslərdən struktur cəhətdən tam müstəqil olmalıdır. Hesabatda bəzi hallarda istintaqçıların təqsirləndirilən şəxslərlə yaxın münasibətləri – hətta “birlikdə kofe içmiş və ya siqaret çəkmiş” olmaları – problem kimi göstərilir.

“Flagrant déni” vəziyyəti dəyişmək üçün IGPN-in Daxili İşlər Nazirliyindən ayrılması, tam müstəqil müfəttiş orqanının yaradılması, deontologiya mərkəzlərinin fəaliyyətinin vahidləşdirilməsi və qurbanların şikayət verməsinin sadələşdirilməsi kimi bir sıra təkliflər irəli sürür. QHT, həmçinin parlamentin istintaq komissiyası yaratmasını və bunun ardınca qanun dəyişikliyi edilməsini tələb edir.

Hesabatda müsahibəsi yer alan sosioloq Sebastyən Roşe Fransa polis nəzarəti sisteminin digər Avropa ölkələri ilə müqayisədə geri qaldığını bildirir və sistemin yetərincə gücləndirilmədiyini vurğulayır.

Bu hesabat Fransada polis institutlarına inamsızlığın artdığı bir vaxtda yayımlanır. Xüsusilə Sainte-Soline hadisəsi kimi rezonanslı işlər – bir neçə nümayişçinin ağır xəsarət almasına baxmayaraq iki il sonra belə heç bir məsuliyyət müəyyən edilməməsi – ictimai narazılığı daha da artırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri