Icma.az
close
up
RU
Fransada “Save Europe Act” aksiyasına qarşı əks nümayiş də qadağan edilib

Fransada “Save Europe Act” aksiyasına qarşı əks nümayiş də qadağan edilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Paris, 15 avqust, AZƏRTAC

Rona prefekturası avqustun 16-da Lion şəhərində sağçı radikal “Save Europe Act” hərəkatının planlaşdırdığı aksiyaya qarşı keçirilməsi nəzərdə tutulan əks-nümayişi qadağan edib. Hakimiyyət qərarı şəhərdə ultra-sol və ultra-sağ qruplar arasında təkrarlanan və zorakı qarşıdurma mühitinin mövcudluğu ilə əsaslandırıb.

AZƏRTAC xəbər verir ki, Rona prefekturasının yaydığı açıqlamaya görə, “Save Europe Act”ın aksiyasına qarşı nümayiş müxtəlif Lion kollektivləri, o cümlədən “Soulèvement de la Terre Lyon”, “Lyon Antifa”, həmçinin “NPA-Anticapitaliste” və “Attac”ın yerli bölmələri tərəfindən təşkil olunmuşdu.

Prefektura qeyd edib ki, “Save Europe Act”ın aksiyası da avqustun 15-də qadağan edilib. Hərəkatın təşəbbüsləri arasında “remiqrasiya” anlayışının təşviqi də yer alır. Əlavə olunub ki, hər iki aksiyanın keçirilməsi şəhərdə qarşıdurma və ictimai asayiş üçün risk yarada bilər.

Qərarın əsas səbəblərindən biri kimi “ultra-sol və ultra-sağ cərəyanlar arasında təkrarlanan və zorakı qarşıdurma konteksti” göstərilib. Hakimiyyət mümkün toqquşmaların və ictimai asayişin pozulmasının qarşısını almağı əsas məqsəd kimi təqdim edir.

“Save Europe Act” özünü vətəndaş hərəkatı kimi təqdim edir və Avropa İttifaqı çərçivəsində Qərbdən kənar yeni miqrasiya kanallarına müvəqqəti moratorium tətbiq edilməsini təklif edir. Təşkilat xarici sərhədlərin qorunmasının gücləndirilməsini, sürətli yoxlama və geri qaytarma prosedurlarının tətbiqini, eləcə də qanunsuz miqrantların sistemli və sürətləndirilmiş “remiqrasiyasını” nəzərdə tutur.

Lionda planlaşdırılan hər iki nümayişin qadağan edilməsi Fransada miqrasiya və siyasi radikallaşma ətrafında gərginliyin artdığı bir vaxtda ictimai asayiş məsələsinin yenidən gündəmə gəldiyini göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Avqust 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri