Fransada şirkətlərin bağlanması artır: Ötən ilin son rübündə 112 mindən çox müəssisə reyestrdən silinib
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Fransada müəssisələrin maliyyə çətinlikləri narahatedici səviyyədə qalmaqda davam edir. Fransa ticarət məhkəmələrinin “Infogreffe” portalının açıqladığı məlumata görə, 2025-ci ilin dördüncü rübündə - 1 oktyabr–31 dekabr tarixləri arasında 112 021 şirkət rəsmi olaraq reyestrdən silinib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,4 faiz artım deməkdir.
AZƏRTAC xəbər verir ki, “Infogreffe” vəziyyəti son dərəcə narahatedici kimi qiymətləndirir. Reyestrdən silinmə şirkət fəaliyyətinin tam dayandırılmasının son mərhələsidir. Bu siyahıya əsasən kiçik strukturlar, eləcə də ailələr tərəfindən yaradılmış və klassik biznes fəaliyyəti aparmayan daşınmaz əmlak cəmiyyətləri (SCI) də daxildir.
Artım demək olar ki, Fransanın bütün metropol regionlarını əhatə edir. Xüsusilə Böyük Şərq (+79,1%), Normandiya (+65,9%), Yuxarı Fransa (+63,6%) və Mərkəz–Luara Vadisi (+59,6%) bölgələrində kəskin yüksəliş qeydə alınıb. Sahibkarlıq fəaliyyətinin əsas hissəsinin cəmləndiyi İl-de-Frans regionunda da reyestrdən silinmələr 39,7 faiz artıb ki, bu da problemin ümummilli xarakter daşıdığını göstərir.
Eyni zamanda, kollektiv iflas prosedurlarına cəlb olunan şirkətlərin sayı da artmaqda davam edir. 2025-ci ilin son rübündə 17 194 müəssisə bu cür prosedura daxil olub ki, bu da illik müqayisədə 2,2 faiz artım deməkdir. Ən çox rast gəlinən prosedur məhkəmə ləğvi olaraq qalır: hesabat dövründə 11 984 belə hal qeydə alınıb. Bununla belə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz azalıb.
Məhkəmə nəzarəti altında bərpa (redressement judiciaire) prosedurları isə artmaqda davam edir və 4 802 yeni hal qeydə alınıb. “Infogreffe”in məlumatına görə, şirkət yaradılmalarında 10 faiz artım müşahidə olunsa da, bu dinamika reyestrdən silinmələrin yüksək səviyyəsini kompensasiya etməyə kifayət etmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 07 Yanvar 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















