Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Fransada siyasi böhrandan çıxış üçün ChatGPT dən məsləhət alınıb

Fransada siyasi böhrandan çıxış üçün ChatGPT dən məsləhət alınıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paris, 6 oktyabr, AZƏRTAC

Fransada siyasi həyat yenidən gərgin bir mərhələyə qədəm qoyub. Baş nazir Sebastyan Lökornü cəmi bir ay əvvəl təyin olunduğu vəzifədən istefa verib. Hökumətini formalaşdırmağa macal tapmayan siyasətçi vəzifəsini icra etmək üçün şərtlərin artıq mövcud olmadığını bildirərək, geri çəkildiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu vəziyyəti şərh edən konstitusiya hüququ üzrə ekspert Benjamin Morel Fransada böhrandan çıxış yollarının çox məhdud olduğunu deyib. “Emmanuel Makron yeni Baş nazir təyin etsə belə, keçmiş Baş naziri çətinliyə salan siyasi parçalanmanı kimin həll edə biləcəyi bəlli deyil”, - deyə o, vəziyyətin mürəkkəb olduğunu bildirib.

Siyasi durğunluq fonunda ölkənin “franceinfo” xəbər portalı maraqlı addım atıb və ChatGPT-dən məsləhət almağa qərar verib. Məqsəd konkret adlar deyil, böhrandan çıxış üçün siyasi tövsiyələr əldə etmək olub. ChatGPT-nin cavabı isə gözləniləndən daha sistemli və əhatəli olub. Süni intellekt böhranlı vəziyyət üçün “missiya hökuməti” qurulmasını təklif edir: tanınmış, texniki biliklərə sahib, partiyalarüstü fiqurlardan ibarət, azsaylı və çevik bir kabinet.

ChatGPT böhran şəraitində yeni hökumət üçün üç əsas prinsip təqdim edib:

-Rəqəmsəl (“resserrer”) – az sayda nazir, daha çox effektivlik;

-Assosiasiya (“associer”) – müxtəlif siyasi və texnokratik qüvvələrin iştirakı;

-İcra (“livrer”) – altı ay ərzində konkret, ölçülə bilən nəticələr.

ChatGPT bildirir ki, çoxluq hökuməti olmadıqda, icra hakimiyyəti “vertikal” idarəetmədən imtina etməli, kompromislərlə işləyən, məzmunu aydın, danışıqlar aparmağı bacaran kabinet qurmalıdır.

Süni intellekt yalnız idarəetmə strukturu deyil, konkret siyasət sahələrində də tövsiyələr verib. Büdcə və alıcılıq qabiliyyəti üzrə kompromislər, sağ mərkəzlə büdcə paktı, sol qüvvələrlə sosial pakt, Müstəqil “Büdcə Məsuliyyəti Şurası” vasitəsilə qərarların legitimləşdirilməsi, məhdud büdcəli, hədəflənmiş “partisipativ büdcə” layihələri (məktəblər, xəstəxanalar, təhlükəsizlik), işçi mükafatlarının artırılması və regionlarda yeni iş yerləri üçün vergi güzəştləri kimi tövsiyyələr ifadə olunub.

Bu yanaşma, ChatGPT-yə görə, “49.3 kimi sərt addımların” təkrarlanmasının qarşısını almaq üçün kompromis və birgə məsuliyyət mədəniyyətini bərpa etməlidir.

“Franceinfo” süni intellektdən soruşub: bəlkə nazir vəzifələrinə də IA təyin olunsun? Albaniyada dövlət satınalmalarına cavabdeh “Diella” adlı IA-nın təyinatı artıq presedentdir.

ChatGPT-nin cavabı kompromislərlə dolu olub: “IA insan nazirlərə qərar verməkdə yardımçı ola bilər, lakin avtonom IA naziri – qanunverici legitimlik, siyasi məsuliyyət və etik baxımdan düzgün deyil”. Süni intellekt izah edib ki, IA-nın nə seçki legitimliyi, nə də siyasi məsuliyyəti var. Səhv qərar versə, kim cavabdeh olacaq? Qərarlar qara qutuya çevrilə bilər və hətta kiberhücum riski daşıyar.

ChatGPT sonda bu mesajı verib: “Süni intellekt insanları idarə etməməli, onların daha yaxşı idarə etməsinə yardım etməlidir”.

Fransanın hazırkı böhranında bu mesaj, istefa verən Sebastyan Lökornünün çıxışında vurğuladığı kimi, siyasətdə təvazökarlıq, eqoların arxa plana keçirilməsi və kompromis sənədini xatırladır.

ChatGPT-nin töviyələrindən sonra belə bir sual yaranır: Emmanuel Makron bu rəqəmsal məsləhətləri nəzərə alacaqmı? Və ya Fransa siyasəti, süni intellektin təklif etdiyi kimi, həqiqətən də “missiya hökuməti” modelinə keçəcəkmi?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri