Icma.az
close
up
RU
Fransada sosial gərginlik: hökumətin büdcə layihəsi kütləvi etirazları alovlandırır

Fransada sosial gərginlik: hökumətin büdcə layihəsi kütləvi etirazları alovlandırır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Paris, 25 avqust, AZƏRTAC

Fransa hökumətinin yeni büdcə layihəsinə qarşı sosial şəbəkələrdə başlanan narazılıq getdikcə genişlənir. Sentyabrın 10-da ölkənin blokadaya alınması çağırışı artıq solçu siyasi partiyalar tərəfindən dəstəklənir. Əvvəlcə yalnız internetdə suverenist qruplar tərəfindən irəli sürülən bu təşəbbüs, indi sağçı və solçu kimi müxtəlif siyasi yönümlü vətəndaşları ətrafına toplayıb.

AZƏRTAC xəbər verir ki, Baş nazir Fransua Bayrunun xərclərin azaldılması və iki bayram gününün ləğv olunması kimi maddələrlə təqdim etdiyi büdcə layihəsi cəmiyyətdə narazılıq doğurub. Bu, bir çox müşahidəçiyə 2018-ci ildəki sarı jiletlilər hərəkatını xatırladır. Hətta həmin hərəkatın bəzi keçmiş simaları bu çağırışı sosial şəbəkələrdə paylaşaraq dəstək veriblər. Bundan sonra Jan-Lük Melanşon və digər LFI rəhbərləri də bu təşəbbüsə qoşulublar.

Ölkədə ümummilli blokada çağırışının siyasi əhəmiyyəti artır. “Bu aksiyanın kütləvi xarakter alması mümkündür. Güclü bir hərəkət olacaq və bu, xalqın narazılıq və mövcud iqtidara qarşı artan qəzəbinin miqyasını əks etdirəcək. Hələ tam olaraq necə olacağını bilmirik. Tələblər aydın deyil, amma biz bu hərəkata dəstək verməliyik”, - deyə sosialistlər bu mobilizasiyaya qoşulan digər sol partiyalar - Yaşıllar, Kommunistlər və “Əyilməz Fransa” (LFI) ilə eyni mövqe sərgiləyirlər. Hər üç partiya, sosial şəbəkələrdə doğulan və yerli təşəbbüslərlə formalaşan bu hərəkata xidmət etməyi, onun səslərini gücləndirməyi hədəfləyir.

“Bu hərəkata nəzarət etmək, onu yönləndirmək və ya siyasi məqsədlərimiz üçün istifadə etmək niyyətində deyilik. Əksinə, onu ifrat sağın təsirindən uzaq saxlayaraq, sağlam bir siyasi çıxış yolu təqdim etməyə çalışırıq”, - deyə sosialistlər qeyd edirlər. “44 milyard avro qənaət adı altında xəstələrin, işsizlərin, işçilərin, təqaüdçülərin və müdafiəyə ehtiyacı olanların çiyninə yük qoyurlar. Biz bunu qəbul edə bilmərik”, - deyən sosialistlər büdcə layihəsinin tamamilə qəbuledilməz və qənaət tədbirlərinin sadə vətəndaşların cibindən çıxmamalı olduğunu bildirirlər. Sosialistlərin mövqeyi hökumətin sosial və iqtisadi siyasətinə qarşı sol cəbhədə konsolidasiyanın getdiyini göstərir. Sosial şəbəkələrdə başlayan və tələbləri hələ tam formalaşmayan bu xalq hərəkatı, getdikcə daha çox siyasi diqqət qazanır.

Lakin həmkarlar ittifaqları hələlik ehtiyatlı davranır. Onlar Bayrunun büdcə layihəsinə qarşı olduqlarını açıq şəkildə bildirsələr də, 10 sentyabr aksiyasına qoşulmaq barədə qərar verməyiblər. İyulun sonunda səkkiz əsas həmkarlar ittifaqı birlikdə “Büdcə: işçi sinfinə qurbanlar yetər!” adlı onlayn petisiya başlatmış və 330 min imza toplamışdı. Bu ittifaqlar birgə yayımladıqları bəyanatda cəmiyyətə və işçi sinfinə qarşı bu yeni zorakı yanaşmanın əleyhinə tədbir görüləcəyini bildirsələr də, konkret addımlar hələ müəyyən edilməyib.

Bununla belə, CGT və FO kimi daha radikal federasiyalar artıq bəzi sahələrdə tətil xəbərdarlıqları veriblər. “CGT Énergie et Chimie” həmkarlar ittifaqının energetika və kimya sektoru sentyabrı gözləmədən aksiyalara hazır olduqlarını göstəriblər.

Fransanın ən böyük həmkarlar ittifaqı olan CFDT daha çox dialoqa üstünlük verir və buna görə də daha ehtiyatlı davranır. Avqustun 26-da keçiriləcək yay universiteti tədbirinə Fransua Bayru da dəvət olunub və iştirakını təsdiqləyib. Eyni zamanda, əmək naziri də tədbirdə panel müzakirəsinə qatılacaq. Hökumət bu yolla sosial tərəfdaşlarla dialoqu davam etdirmək istədiyini göstərməyə çalışır.

Sentyabrın 1-də keçiriləcək həmkarlararası görüş vəziyyətin gedişatını dəyişə və həmkarlar ittifaqlarını daha konkret mövqe nümayiş etdirməyə vadar edə bilər. Bununla belə, 2018-ci ildə olduğu kimi, aksiyanın bu dəfə də həmkarlar ittifaqlarının nəzarətindən çıxma riski qalmaqdadır. Fransada hökumətin büdcə siyasətinə qarşı narazılıq artır və sentyabrın 10-da keçirilməsi planlaşdırılan aksiyanın miqyası qarşıdakı siyasi dinamikaları müəyyən edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see216

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see187

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see126

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri