Icma.az
close
up
RU
Azərbaycanın enerji siyasəti iqtisadi, ekoloji və geosiyasi məzmun daşıyır

Azərbaycanın enerji siyasəti iqtisadi, ekoloji və geosiyasi məzmun daşıyır

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin 8 yanvar 2026-cı ildə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində etdiyi çıxış bir daha göstərdi ki, Azərbaycan enerji siyasətini yalnız cari tələbatın ödənilməsi prizmasından deyil, uzunmüddətli strateji hədəflər, milli təhlükəsizlik və qlobal məsuliyyət əsasında formalaşdırır. 240 meqavat gücündə bu stansiyanın istismara verilməsi ölkəmizin enerji tarixində növbəti mühüm mərhələ olmaqla yanaşı, Azərbaycanın “yaşıl enerji”yə keçid strategiyasının real nəticəsidir.

Bunu Modern.az-a açıqlamasında tarix elmləri doktoru, deputat Vasif Qafarov bildirib.

"Dövlət başçısının vurğuladığı kimi, 2022-ci ildə təməli qoyulan bu layihə qısa müddətdə yüksək keyfiyyətlə icra olunub və bu fakt ölkəmizdə mövcud olan əlverişli investisiya mühitinin, siyasi sabitliyin və peşəkar idarəetmənin bariz nümunəsidir. “ACWA Power” kimi dünya miqyasında tanınan şirkətin Azərbaycanda ilk bərpaolunan enerji layihəsini məhz bu stansiya ilə reallaşdırması, eyni zamanda gələcəkdə daha iri layihələr planlaşdırması Prezident İlham Əliyevin yürüdüyü etibarlı tərəfdaşlıq siyasətinin nəticəsidir. Xüsusilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi strateji əhəmiyyətli layihənin də bu şirkət tərəfindən icra ediləcək olması Azərbaycanın enerji və su təhlükəsizliyini paralel şəkildə möhkəmləndirən yanaşmanın göstəricisidir.

Son illər ərzində Azərbaycanda yeni generasiya güclərinin istismara verilməsi həm texniki, həm də idarəetmə baxımından son dərəcə mürəkkəb proses olub. Bu baxımdan “Power China” şirkətinin baş podratçı kimi layihədə iştirakı və gələcəkdə investor qismində ölkəmizdə fəaliyyətə maraq göstərməsi Azərbaycanın qlobal enerji bazarında artan çəkisinin göstəricisidir. Eyni zamanda, Azərbaycan energetiklərinin peşəkarlığı bərpaolunan enerji mənbələrinin böyük həcmdə milli enerji sisteminə inteqrasiyasını mümkün edən əsas faktorlardandır".

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında vurğuladığı Azərbaycanın enerji sisteminin son 20 ildə keçdiyi inkişaf yolu xüsusilə diqqətəlayiqdir:

"Bu müddət ərzində generasiya güclərinin, yarımstansiyaların və ötürücü xətlərin tamamilə yenilənməsi nəticəsində ölkənin ümumi generasiya gücü təxminən 10 min meqavata çatdırılıb ki, bu da tarixi rekorddur. Ənənəvi enerji mənbələri ilə bərpaolunan enerji mənbələrinin paralel inkişafı isə Azərbaycanın enerji təhlükəsizliyini maksimum səviyyədə təmin edən balanslı model kimi təqdim olunur. Mingəçevirdə 2000 meqavat gücündə ənənəvi stansiyanın, Qaradağda, Cəbrayılda, Xızı–Abşeron bölgəsində günəş və külək stansiyalarının istifadəyə verilməsi bu modelin praktik nəticələridir.

Dövlət başçısı Azərbaycanın bərpaolunan enerji üzrə coğrafi üstünlüklərini də xüsusi vurğuladı. Xəzər dənizinin Azərbaycan sektorunda mövcud olan 157 giqavatlıq külək potensialı ölkəmizi gələcəkdə regionun ən böyük “yaşıl enerji” istehsalçılarından birinə çevirə bilər. Bu reallığı nəzərə alaraq Prezident İlham Əliyev xarici investorları yalnız enerji sektoruna deyil, eyni zamanda süni intellekt, data mərkəzləri kimi yüksək enerji tutumlu sahələrə investisiya qoymağa dəvət etdi. Bu çağırış Azərbaycanın enerji siyasətinin artıq sənaye və texnoloji inkişaf strategiyası ilə birbaşa əlaqələndirildiyini göstərir.

Dövlət başçısı maliyyə və makroiqtisadi göstəricilərə toxunaraq bir daha təsdiqlədi ki, ölkəmiz investorlar üçün etibarlı məkandır. 300 milyard dollardan artıq xarici sərmayənin cəlb edilməsi, xarici borcun ÜDM-in təxminən 6 faizi səviyyəsində olması, valyuta ehtiyatlarının borcu 16–17 dəfə üstələməsi Azərbaycanın maliyyə dayanıqlığını sübut edən əsas göstəricilərdir. Beynəlxalq reytinq agentliklərinin Azərbaycanın kredit reytinqini yüksəltməsi də aparılan islahatların obyektiv qiymətləndirilməsidir".

V.Qafarov söyləyib ki, ki, gələcək mərhələdə bərpaolunan enerjinin saxlanılması məsələsinin gündəmə gəlməsi isə Prezident İlham Əliyevin strateji düşüncə tərzinin növbəti nümunəsidir:

"Tarixdə ilk dəfə olaraq ölkəmizdə 250 meqavatlıq Batareya Enerji Saxlanc Sisteminin yaradılması və bu sahəyə xarici investorların dəvət edilməsi enerji sisteminin davamlılığını təmin edən fundamental addımdır. 2030–2032-ci illər üçün planlaşdırılan 8 giqavatlıq külək və günəş stansiyaları, Qarabağ və Şərqi Zəngəzurda inşa edilən onlarla kiçik su elektrik stansiyası Azərbaycanın enerji xəritəsini tamamilə yeni mərhələyə daşıyır.

Nəticə etibarilə, Prezident İlham Əliyevin “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışında səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycanın enerji siyasəti təkcə iqtisadi deyil, eyni zamanda siyasi, ekoloji və geosiyasi məzmun daşıyır. Azərbaycan sözünə sadiq, müqavilələrinə hörmət edən, tərəfdaşlarının etimadını doğruldan dövlətdir. Bu siyasət ölkəmizi regionun enerji mərkəzinə çevirməklə yanaşı, qlobal enerji təhlükəsizliyinə də mühüm töhfə verir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Yanvar 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri