Fransada təhsil böhranı: 200 dən çox lisey bağlanıb, minlərlə saxlanılan var
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 15 oktyabr, AZƏRTAC
Fransada sentyabr ayından bəri davam edən genişmiqyaslı tələbə etirazları ölkədə ciddi fəsadlara yol açıb.
AZƏRTAC xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. Bildirilib ki, nümayişlər zamanı 937 polis əməkdaşı və 248 etirazçı yaralanıb, 149 təhsil işçisi zərər görüb. Təhsil Nazirliyi bu rəqəmlərin sektor üçün görünməmiş bir göstərici olduğunu bildirib.
Ədliyyə Nazirliyinin məlumatına görə, etirazlar dövründə 7950 nəfər saxlanılıb. Saxlanılanların 85%-ni (6773 nəfər) yetkinlik yaşına çatmayanlar təşkil edib. Ümumilikdə 26 nəfər barəsində həbs qətimkan tədbiri seçilib ki, onların da 65%-i yetkinlik yaşına çatmış şəxslərdir. Müqayisə üçün qeyd edək ki, "sarı jiletlilər" hərəkatının ilk ayında 4 min nəfər saxlanılmışdı. Etirazlar səbəbindən oktyabrın 14-də ölkə departamentlərinin dörddə birində təxminən 200 lisey fəaliyyətini dayandırmalı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 15 Oktyabr 2026 02:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















