Fransada tələbə etirazları Mer onları polisdən qorumağa çalışdı Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Fransada hazırda tələbələrin təhsil sistemindəki problemlərə etiraz olaraq keçirdiyi aksiyalar davam edir. Təhsil sistemindəki çatışmazlıqlar və bərabərsizliklərə qarşı yönələn aksiyalar qısa zaman ərzində ölkə boyu genişmiqyaslı etirazlara çevrilib, nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalara səbəb olub. Ümumilikdə aksiyalar çərçivəsində 6000-dən çox şəxs saxlanılıb ki, onların da təqribən 87 faizini yeniyetmələr və ya tələbələr təşkil edir.
“Qafqazinfo” xəbər verir ki, iğtişaşlar zamanı ən son diqqətçəkən məqamlardan biri Sen-Deni şəhərinin meri Balli Baqayokonun etirazçı tələbələri hüquq-mühafizə qüvvələrindən qorumağa çalışması olub.
“Əyilməz Fransa” (LFI) partiyasının nümayəndəsi olan Baqayokonun polislə etirazçılar arasına girərək polis əməkdaşlarına “Dayanın, geri çəkilin!” deyə qışqırmasını əks etdirən görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
“Mən merin olmalı olduğu yerdə, gənclərimizin yanında idim”, - mer hadisə ilə bağlı danışarkən bildirib.
Aksiyaların gedişatında baş verən toqquşmalar və tətbiq olunan sərt təhlükəsizlik tədbirləri həm hüquq müdafiəçiləri, həm də həmkarlar ittifaqları tərəfindən müzakirələrə səbəb olub. Belə ki, hazırda davam edən iğtişaşlar fonunda nümayişçilərə qarşı təzyiq və zorakılıq göstərilməsi insan hüquqlarının və fundamental azadlıqların qorunması ilə bağlı ciddi narahatlıqlar yaradıb. Polisin nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan, səs qumbaralarından və digər xüsusi vasitələrdən istifadə etməsi hüquq müdafiəçilərinin kəskin etirazına səbəb olub. İğtişaşlar zamanı saxlanılan şəxslərlə bağlı da suallar yaranıb. Hüquq müdafiəçiləri insanların yalnız etiraz aksiyalarında iştirak etdikləri və ya nümayişlərə yaxın olduqları üçün saxlanılması faktlarının araşdırılmasını tələb edirlər. Bununla yanaşı, saxlanılanların əksəriyyətinin 18 yaşdan az yeniyetmələr olması vurğulanaraq bunun onlara gələcək təsirlərinə xüsusi diqqət yetirilməsi tələb olunub.
Eyni zamanda, etirazları işıqlandıran jurnalistlərin saxlanılması, xəsarət alması və ya fəaliyyətlərinin məhdudlaşdırılması ilə bağlı məlumatlar da mətbuat və ifadə azadlığının pozulmasından xəbər verir.
Hüquq müdafiəçilərinin fikrincə, ölkədə sabitliyin təmin olunması yalnız təhlükəsizlik tədbirləri ilə deyil, həm də vətəndaşların fundamental hüquqlarına hörmət əsasında həyata keçirilməlidir.
Bununla yanaşı, aksiyaların getdikcə daha geniş vüsət almasına baxmayaraq, tələbələrin və şagirdlərin irəli sürdükləri təhsilə daha çox maliyyə vəsaitinin ayrılması, eləcə də müəllim çatışmazlığının aradan qaldırılması kimi əsas tələblərlə bağlı Fransa hökuməti hələ əməli tədbirlər görməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 07 Oktyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















