Icma.az
close
up
RU
Fransada X şirkətinin ofisində axtarış aparılır

Fransada X şirkətinin ofisində axtarış aparılır

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paris prokurorluğu 2025-ci ilin yanvarında platformanın alqoritmlərinin fəaliyyəti ilə bağlı başlanmış istintaq çərçivəsində Fransada X sosial şəbəkəsinin ofisində axtarışların aparıldığını açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Axtarışlar Paris prokurorluğunun kibercinayətkarlıqla mübarizə bölməsi tərəfindən həyata keçirilir, prosesə Avropol da cəlb olunub.

Qeyd edək ki, X sosial şəbəkəsi milyarder İlon Maska məxsusdur.

Paris prokurorluğunun açıqlamasında bildirilir ki, "2025-ci ilin yanvarında başlanmış istintaq çərçivəsində axtarış Paris prokurorluğunun kibercinayətkarlıqla mübarizə bölməsi, Jandarmiyanın Milli Kibervahidi və Avropolun birgə iştirakı ilə aparılıb". Prokurorluq əlavə edib ki, bundan sonra sosial şəbəkələrdə məlumat yaymayacaq. Bu barədə Le Monde nəşri sitat gətirib.

Xatırladaq ki, 2025-ci ilin yanvarında Fransa prokurorluğu X platformasının alqoritmlərindən xarici müdaxilə məqsədilə istifadə edilməsi ilə bağlı ittihamlardan sonra istintaqa başlayıb. Buna Fransa parlamentinin bir deputatı və yüksək vəzifəli məmur tərəfindən verilmiş iki şikayət əsas olub. 2025-ci ilin iyulunda iş Fransa polisinə ötürülüb. Həmin ay X şirkəti Fransa hakimiyyətinin ittihamlarını rədd edərək istintaqı "siyasi motivli" adlandırıb.

Paris hakimiyyəti şirkətdən platformanın tövsiyə alqoritminə, həmçinin istifadəçilərin platformadakı bütün paylaşımları ilə bağlı məlumatlara çıxış tələb edib.

Bundan əlavə, Avropa İttifaqı qurumlarının diqqətini İlon Maskın xAI şirkəti tərəfindən yaradılmış Grok çat-botu da cəlb edib. Avropa Komissiyası insanların fotolarının dəyişdirilməsinə imkan verən bu süni intellekt aləti ilə bağlı araşdırmaya başlayıb. Məlumata görə, alət şəkillərin redaktə olunması və qeyri-etik məzmunun yaradılması riskləri ilə əlaqələndirilir.

Reuters-in yazdığına görə, Grok X platformasına inteqrasiya olunub və bəzi hallarda istifadəçi sorğularına uyğun olaraq uyğun olmayan görüntülər təqdim edib.

Ayxan
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Fevral 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see292

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see284

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see283

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see268

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see265

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see260

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see259

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see239

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see230

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see221

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see212

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see209

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see209

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see208

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see208

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see206

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see203

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see198

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see194

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri