Icma.az
close
up
RU
Fransadakı Azərbaycan icması qlobal informasiya məkanının güclü aktorudur

Fransadakı Azərbaycan icması qlobal informasiya məkanının güclü aktorudur

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayında tarixi çıxışı zamanı bildirmişdi: “Xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir... Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir”. 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi bu tövsiyələri rəhbər tutaraq xaricdəki Azərbaycan icmaları ilə əlaqələri daha da möhkəmləndirir, ölkəmizin qlobal miqyasda güclü mövqe tutması məqsədilə çoxsaylı tədbirlər həyata keçirir.                        

Fransanın Paris şəhərində və ətraf bölgələrdə yaşayan Azərbaycan icması ilə keçirilən görüşdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyov və komitə əməkdaşları iştirak edib. Toplantı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb. 

Komitə sədrinin müavini soydaşlarımızın yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərinin təbliği, milli maraqlarımızın müdafiəsi və icma daxilində mobilliyin qorunması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib, diasporun yeni fəaliyyət strategiyasından danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni çağırışlara uyğun daha da inkişaf edib.

Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva Azərbaycan-Fransa münasibətlərinin möhkəmlənməsində və inkişafında diasporumuzun rolunun vacibliyinə diqqət çəkib. Səfir Fransadakı icmamızın postmüharibə dövründə hansı gündəlik üzrə fəaliyyət göstərməsinə belə görüşlərin müsbət təsirini nəzərə çatdırıb.

Görüşdə xaricdə yaşayan azərbaycanlıların yaşadıqları cəmiyyətlərə uğurla inteqrasiyasının, şəbəkələşməsinin, milli kimliklərinin, ana dilinin, zəngin mədəni irsimizin qoruyub saxlamalarının və ölkəmizi uğurla təmsil etmələrinin böyük əhəmiyyət daşıdığı xüsusi vurğulanıb. Bu balans həm fərdi inkişaf, həm milli maraqların qorunması, həm də yüksək ideoloji birlik baxımından çox vacibdir. Fransada yaşayan soydaşlarımız Azərbaycanla bağlı dezinformasiyaların qarşısının alınması, ölkəmizin beynəlxalq imicinin qorunması istiqamətində böyük fədakarlıq nümayiş etdirir, ölkələrarası münasibətlərin inkişafına töhfələr verirlər.            

Qarşılıqlı fikir mübadiləsi zamanı soydaşlarımızın yaxın və uzaq perspektivə dair təklifəri, təşəbbüsləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. 

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr olunan və diasporun birliyini əks etdirən hesabat xarakterli təqdimat və videoçarxlar nümayiş olunub. Fransada yaşayan soydaşımız, politoloq Maşallah Rəzmiyə təltif olunduğu Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib. Maşallah Rəzmi yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. 

Daha sonra Fransa Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib. Şuranın koordinatorları Günel Səfərova və Mehriban Ovçuyeva AKŞ-nin fəaliyyəti ilə bağlı geniş məlumat verib.

Toplantıda qeyd olunub ki, müxtəlif ölkələrdə yaradılan Koordinasiya Şuraları diaspor təşkilatları və icmalar arasında əlaqələndirici və birləşdirici rol oynayır, vahid mövqenin formalaşmasına, informasiya mübadiləsinin genişlənməsinə və birgə təşəbbüslərin artmasına xidmət edir. Bu platformalar vasitəsilə Azərbaycanla bağlı əlamətdar günlər, milli bayramlar və mühüm tarixi hadisələr daha geniş müstəvidə qeyd olunur, ölkəmizin beynəlxalq imici gücləndirilir. 

Qeyd edək ki, xarici ölkələrdəki Azərbaycan icmaları ilə sistemli və ardıcıl görüşlərin keçirilməsi diaspor içərisində həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki müasir ideya və missiyaların formalaşması baxımından böyük əhəmiyyət daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri