FransaƏlcəzair diplomatik böhranı əlcəzairli influenserin deportasiyası ilə daha da gərginləşib AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paris, 13 yanvar, AZƏRTAC
Fransa tərəfindən Əlcəzairə deportasiya edilən influenser Dualem (Doualemn) dərhal Fransaya qaytarılıb. Bununla da onsuzda gərgin olan Fransa-Əlcəzair diplomatik gərginliyi daha da dərinləşib.
AZƏRTAC xəbər verir ki, son günlər Fransada bir neçə əlcəzairli influenser saxlanılıb. Onlardan birinin –Dualemin deportasiya edilməsi və dərhal geri qaytarılması isə diplomatik münasibətləri daha da gərginləşdirib.
Fransa tərəfindən günortadan sonra təyyarə ilə Əlcəzairə göndərilən influenser elə həmin axşam bu ölkəyə geri göndərilib. Ona Əlcəzair ərazisinə daxil olmaq qadağan edilib. Əlcəzair influenserin kor-koranə qovulmasına etirazını bildirib. Dualemin 15 ildir Fransada yaşamaq icazəsinin olduğu və Fransada doğulmuş 2 uşaq atası olduğu bildirilib.
Əlcəzairin bu reaksiyası qarşısında daxili işlər naziri B. Rötayo hesab edib ki, influenseri qəbul etməməklə Əlcəzair Fransanı alçaltmağa çalışır. O, Fransanın bu reaksiyaya qarşı bütün vasitələrdən istifadə edərək cavab verməsini istəyib. Bu isə vəziyyəti daha da gərginləşdirib. Yerli radio və televiziya kanallarında aparılan müzakirələrdə B. Rötayonun səriştəsiz olduğu, öz məsuliyyətini dərk etmədiyi vurğulanıb.
Əlcəzairdən qaytarılan influenser Fransada həbs edilib. “Franceinfo”nun məlumatına görə, influenserin vəkilləri bu qərara etirazlarını bildirib və Paris Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini deyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 13 Yanvar 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















