Fransalı fermerlər Makronun iqamətgahı qarşısında etiraz aksiyası keçiriblər
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransalı fermerlər Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında azad ticarət sazişinə etiraz olaraq Prezident Emmanuel Makronun ölkənin şimalında yerləşən Tuke şəhərindəki iqamətgahı qarşısında aksiya keçiriblər.
AZƏRTAC xəbər verir ki, BFMTV telekanalının məlumatına görə, FNSEA həmkarlar ittifaqına üzv fermerlər əraziyə traktorlar və digər kənd təsərrüfatı texnikaları cəlb ediblər.
MERCOSUR sazişinə qarşı çıxan etirazçılar onun təxirə salınmasını “yetərli” hesab etmir və Prezident Emmanuel Makronun Fransanın bu məsələyə dair mövqeyi ilə bağlı aydın cavab vermədiyini bildirirlər.
Bir müddət öncə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Avropa İttifaqı liderlərinin MERCOSUR sazişin imzalanmasını azı yanvar ayınadək təxirə saldıqlarını elan edib.
Qeyd edək ki, Cənubi Amerika ölkələrinin ümumi bazarı olan MERCOSUR Argentina, Uruqvay, Paraqvay, Braziliya və Boliviyanı birləşdirir. O, 250 milyon əhalini və qitənin ümumdaxili məhsulunun 75 faizindən çoxunu əhatə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 19 Dekabr 2025 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















