Icma.az
close
up
RU
Fransalı milyarderin Azərbaycandakı çoxmilyonluq şirkəti ləğv edilir

Fransalı milyarderin Azərbaycandakı çoxmilyonluq şirkəti ləğv edilir

Fransanın məşhur "Christian Dior Couture” brendi Azərbaycandakı şirkətini ləğv edib.

Modern.az-ın "Vergilər" qəzetindən əldə etdiyi məlumata görə, məşhur moda şirkəti ləğv edildiyini elan edib.

Şirkət kreditorlara müraciət edərək bildirib ki, iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsi, ev 105 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Christian Dior Couture” əsasən "Dior" kimi tanınır və fransalı milyarder Bernard Arnault tərəfindən idarə olunur. Şirkətin Azərbaycandakı nümayəndəliyinin nizamnamə kapitalı 7.7 milyon manatdan artıqdır. Şirkətin qanuni təmsilçisi Bernard Vincent Simon Pierredir.

seeBaxış sayı:104
embedMənbə:https://www.turkustan.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri