Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Yeni iqtisadi konfiqurasiya “təxirə düşdü”: Aİ MERCOSUR müqaviləsi niyə reallaşmır?

Yeni iqtisadi konfiqurasiya “təxirə düşdü”: Aİ MERCOSUR müqaviləsi niyə reallaşmır?

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cənubi Amerika - Orta Asiya əlaqələri gündəmə gəlir: Azərbaycan yenə mərkəzi rolda çıxış edəcək

Qlobal situasiyada yeni nizam qaydaları müəyyənləşməkdədir. Artıq fikir ayrılıqları hərbi strukturdan iqtisadi struktura transfer olunur - qütblərarası mübarizə yeni şəkil alır. Avropa İttifaqı ilə Cənubi Amerika dövlətləri arasında başlanan yeni fikir ayrılığı bunun sübutudur. Belə ki, Avropa İttifaqı (Aİ) ilə Cənubi Amerika Ümumi Bazarı (MERCOSUR) arasında azad ticarət sazişinin imzalanması təxirə salınıb. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Avropa İttifaqına üzv 27 ölkənin liderlərinə MERCOSUR ölkələri ilə azad ticarət sazişinin imzalanmasının yanvar ayına qədər təxirə salındığını bildirib. Bu barədə diplomatik mənbələrə istinadən məlumat yayılıb. Qərar Brüsseldə keçirilən Avropa sammiti fonunda qəbul olunub.

Qeyd edək ki, Aİ öz qərarını yerli fermerlərin “etirazları” ilə əsaslandırır. Hətta qərarın verildiyi gün Brüsseldə bir neçə Avropa ölkəsindən olan fermer sazişə etiraz olaraq bütün gün Avropa Komissiyasının binaları qarşısında aksiya keçiriblər. Fermerlər hesab edirlər ki, müqavilənin şərtləri onları Cənubi Amerika ölkələrindən gələn məhsullarla rəqabət qarşısında kifayət qədər qorumur. Ursula Fon der Lyayen razılaşmanı Braziliyanın Fos-du-İquasu şəhərində keçiriləcək MERCOSUR sammiti zamanı imzalamağı planlaşdırsa da, Fransa və İtaliyanın etirazı səbəbilə Brüsseldə lazımi çoxluğu əldə edə bilməyib.

Etirazların səbəbi...

Ticarət sazişinin ratifikasiyasına qarşı fermerlərin etirazı böyükdür.  Fermerlər traktorlarla Belçika paytaxtına daxil olaraq Aİ Şurasının binası istiqamətində yürüş ediblər. Etirazçılar sazişin Avropa fermerləri üçün ədalətsiz rəqabət yaradacağını bildiriblər. Aksiyada on min nəfərin iştirak etdiyi və onların əksəriyyətinin Fransadan gəldiyi bildirilir. Etirazlar, həmçinin Aİ-nin kənd təsərrüfatına ayrılan subsidiyalarda mümkün ixtisarlar və Brüsselin tətbiq etdiyi qaydalara qarşı yönəlib. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iclasdan əvvəl Avropa fermer təşkilatı “Copa-Cogeca”nın nümayəndələri ilə görüşüb. Sazişin dekabrın 20-də Braziliyada imzalanması nəzərdə tutulurdu. Sənədlə bağlı danışıqlar isə hələ 1999-cu ildən aparılır. Sazişə əsasən, 700 milyondan çox əhalini əhatə edən Aİ-MERCOSUR azad ticarət zonasının yaradılması nəzərdə tutulur.

Cənubi Amerika Aİ-yə xəbərdarlıq edir...

Braziliya Prezidenti Lula da Silva da sazişlə bağlı narahatlığını ifadə edib. O, İtaliyanın Baş naziri Corcia Meloni ilə telefon danışığından sonra bir qədər səbirli olmaq lazım gəldiyini bildirib. Meloni isə İtaliyanın yekunda sazişi dəstəkləyəcəyinə dair vəd verib. Xatırladaq ki, Prezident Luiz İnasio Lula da Silva razılaşmanın dekabrın 20-dək Aİ ölkələri tərəfindən təsdiqlənməyəcəyi təqdirdə Braziliyanın sazişdən geri çəkiləcəyini açıqlamışdı. O, İtaliya və Fransanın daxili siyasi səbəblərə görə razılaşmanı təsdiqləmək istəmədiyini vurğulamışdı. “Onları artıq xəbərdar etmişəm: əgər bu razılaşma indi baş tutmasa, mən Prezident olduğum müddətdə Braziliya daha heç bir saziş imzalamayacaq”, - deyə Luiz İnasio Lula da Silva bildirib.

Paraqvay lideri Santyaqo Penya da Aİ-yə xəbərdarlıq edib - o bildirib ki, Aİ azad ticarət sazişinin imzalanmasını təxirə salmağa davam etsə, MERCOSUR ölkələri Orta Asiyaya yeni ixrac imkanlarını nəzərdən keçirməyə hazırdırlar. Paraqvay lideri bunu Braziliyada keçirilən birlik sammitində deyib. “Biz sadəcə otura və Aİ-nin qərarını gözləyə bilmərik. Hesab edirəm ki, oxşar sazişlər bağlaya biləcəyimiz bir çox başqa ölkələr var. Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə böyük imkanlar görürük”, - o deyib.

Dövlət başçısının sözlərinə görə, Aİ ölkələri hələ də azad ticarət sazişinin Cənubi Amerika iqtisadi birliyindən daha çox özlərinə daha çox ehtiyac duyduqlarını başa düşməyiblər. “Biz sanki qurbangahda gəlini gözləyən kürəkən rolundayıq”, - Penya deyib.

MERCOSUR Orta Asiya əlaqələrinin perspektivi...

Nəzərə alsaq ki, bu ilin noyabrından Azərbaycan da rəsmən Mərkəzi Asiya birliyinə qoşulub, Paraqvay liderinin sözlərinə diqqət  yetiirmək vacibdir - o baxımdan ki, Paraqvay prezidentinin açıqlaması əslində qlobal ticarətdə istiqamət dəyişikliyinin açıq siqnalıdır. Aİ-MERCOSUR azad ticarət sazişinin illərlə ləngiməsi həqiqətən də Latın Amerikasını alternativ bazarlara yönəldir və bu kontekstdə Orta Asiya-Cənubi Qafqaz xətti strateji əhəmiyyət qazanır. Azərbaycan isə bu prosesdə kənar müşahidəçi yox, potensial əsas qovşaq ölkədir. Başqa sözlə,  Azərbaycan - MERCOSUR üçün “qapı ölkə” sayılır. Azərbaycanın Orta Asiya ilə siyasi-iqtisadi inteqrasiyası, Türk Dövlətləri Təşkilatında rolu və Xəzər hövzəsindəki mövqeyi MERCOSUR ölkələri üçün:

- Orta Asiya bazarlarına ən qısa və təhlükəsiz çıxış,

- Avropa bazarlarına alternativ Şərq-Qərb tranzit xətti deməkdir.

Bu, Azərbaycanın regional ticarət qovşağı rolunu möhkəmləndirir, tranzit və logistika gəlirlərini artırır.

Paralel olaraq Orta Dəhliz üzərindən yeni ixrac axınları başlayır - MERCOSUR ölkələri (Braziliya, Argentina, Paraqvay, Uruqvay) əsasən kənd təsərrüfatı məhsulları, ət və soya, sənaye xammalı ixrac edir. Bu məhsulların Orta Dəhliz (Çin-Orta Asiya-Xəzər-Azərbaycan-Avropa) üzərindən daşınması Azərbaycanın logistika sektoruna uzunmüddətli dividentlər gətirə bilər.

Beləliklə, MERCOSUR-Orta Asiya yaxınlaşması Azərbaycan üçün tranzit ölkədən regional ticarət mərkəzinə keçid, yeni ixrac bazarları, alternativ iqtisadi tərəfdaşlıq kimi ciddi dividentlər vəd edir. Başqa sözlə, Aİ-nin tərəddüdü fonunda formalaşan bu yeni ticarət konfiqurasiyası Azərbaycan və Orta Asiya üçün strateji imkan yarada bilər.

İnteqrasiya ittifaqı, azad münasibətlər sistemi...

Qeyd edək ki, MERCOSUR Argentina, Braziliya, Paraqvay, Uruqvay və Venesuela arasında iqtisadi və siyasi müqavilədir. Müqavilə sərbəst ticarət, mal, insan və pul axını hərəkətini təşviq edir. Müqavilənin assosiativ üzvləri Boliviya, Çili, Kolumbiya, Ekvador və Perudur. Müşahidəçi üzvlər isə Meksika və Yeni Zelandiyadır. İspan dilindən tərcümədə birlik “Cənub konusunun ümumi bazarı” adlanır. Təşkilatın qərargahı Montevideo (Uruqvay) şəhərində yerləşir. Merkosurun strateji məqsədi-qarşılıqlı intensiv ticarət, investisiyanın effektiv istifadəsi əsasında üzvlərinin iqtisadi artımına zəmanət verən birliyin yaradılması, həmçinin subregionların beynəlxalq rəqabət qabiliyyətliliyinin artırılmasıdır.

Yaranma tarixinə gəldikdə isə, 1960-cı illərin sonunda baş vermiş iqtisadi və siyasi böhranın ardından Cənubi Amerikada inteqrasiya proseslərinə maraq artmağa başladı. 1986-cı ildə Argentina və Braziliya - Latın Amerikasının iqtisadi cəhətdən güclü iki dövləti iqtisadi əməkdaşlıq və davamlı inteqrasiyanın inkişafı haqqındakı birgə layihələrini irəli sürdülər və başqa ölkələrin bura qatılmasının açıq olduğunu elan etdilər. Bundan sonra Uruqvay və Paraqvay da tez vaxtda onlara qoşuldular. 1991-ci ilin mart ayında Paraqvayın Asunsone şəhərində gömrük birliyi və ümumi bazar - MERCOSUR-un yaradılması haqqında dördtərəfli müqavilə imzalandı. Amma ölkələr arasındakı real ticarət bloku 1995-ci ildən qanuni qeydiyyata alındı.

Təşkilatın prestiji qalxmağa başladıqca digər Cənubi Amerika dövlətləri də buraya qoşulduü - 1996-cı ildə Boliviya, 2000-ci ildə isə Çili assosiativ üzvlər kimi təşkilata qoşuldular. 2002-ci ildə isə Venesuela da bu təşkilata üzv qəbul edildi.

MERCOSUR-un əsas idarəedici orqanı Ümumi bazar şurasıdır. Onlar periodik olaraq dövlət başçıları və ya xarici işlər nazirlikləri səviyyəsində görüşürlər və inteqrasiyanın inkişafı ilə bağlı siyasi planlarını həyata keçirirlər. Əsas icraedici orqan isə Ümumi bazar qrupudur. Ümumi bazar qrupu Montevideoda (Uruqvay) inzibati katibliyə və eləcə də birbaşa özünə tabe olan 10 texniki komissiyaya malikdir. Bu komissiyalar ticarətlə, gömrük tənzimlənməsi ilə, texniki normalarla, valyuta-maliyyə siyasəti ilə, makroiqtisadi siyasətlə, quru və dəniz nəqliyyatı ilə, sənaye texnologiyaları ilə, kənd təsərrüfatı və energetika ilə bağlı məsələlərlə məşğul olurlar.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Dekabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see333

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see197

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see167

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see164

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see163

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see156

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see150

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see147

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see144

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see143

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see141

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see140

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see138

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see137

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see136

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see136

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see135

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri