Fransanın 65 illik müstəmləkə hakimiyyəti sona çatıdı Türk qoşunları ölkəyə dəvət olundu
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Fransanın Afrikadakı 65 illik hərbi və siyasi təsiri sona çatdığından Seneqal müstəqil müdafiə strukturunu yaratmaq üçün Türkiyəyə müraciət edib.
Belə ki, Dakar administrasiyası Türkiyə ordusunu öz ordularına təlim keçməsi üçün ölkəyə dəvət edib.
Fəaliyyətlər "Seneqal Silahlı Qüvvələrinə Axtarış, Xilasetmə və Dəniz Nəzarəti Təlimi və Dəstəyinin Təmin Edilməsi Haqqında Türkiyə Respublikası ilə Seneqal Respublikası Hökuməti arasında Anlaşma Memorandumu" çərçivəsində həyata keçiriləcək.
Qeyd edək ki, Seneqalda 65 illik Fransa hərbi mövcudluğu 2025-ci ilin iyul ayında başa çatdı. Fransanın təsirinin sona çatması ilə ölkə müdafiə siyasətini yenidən formalaşdırmaq prosesinə başlayıb.
2025-ci ilin avqust ayında Türkiyəyə səfər edən Seneqal Baş naziri Ousmane Sonko Prezident Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında aşağıdakı açıqlamanı vermişdi:"Yerli resurslarımızın, xüsusən də maliyyə və özəl sektorla bağlı resurslarımızın 90%-ni Türkiyəyə açmağa hazırıq. Türkiyəyə tam etibar edirik".
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 03 Noyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















