Icma.az
close
up
RU
Fransanın Afrika xalqlarına divanı Kamerunda törədilən cinayətlər KONKRET

Fransanın Afrika xalqlarına divanı Kamerunda törədilən cinayətlər KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“Le Monde” qəzetində Fransanın Afrikadakı müstəmləkə keçmişinə dair məqalə dərc olunub.

Həmin yazını KONKRET.az oxucularının  diqqətinə çatdırırıq.

“1950-ci illərin sonunda Kamerunun müstəqillik mübarizəsi zamanı Fransa hər cür  qəddarlıqlara əl atdı. Parisin müstəmləkə keçmişinə dair son rəsmi araşdırma belə deyir.

Tarixçilər, Fransanın məcburi etnik təmizləmə  həyata keçirdiyini, yüz minlərlə kamerunlunu  həbs düşərgələrinə göndərdiyini və Mərkəzi Afrika ölkəsinin suverenlik iddiasını əzmək üçün qəddar milisləri dəstəklədiyini müəyyən ediblər.

 Makronun 2022-ci ildə Yaounde səfəri zamanı elan etdiyi tarixi komissiya Kamerunun müstəqilliyindən əvvəlki dövrü və sonrakı illərdə Fransanın rolunu araşdırdı.

14 fransız və kamerunlu tarixçidən ibarət komissiya hadisələri arxiv sənədləri, şahid ifadələri və sahə araşdırmaları əsasında aparıb. Kamerunun böyük hissəsi 1918-ci ildə əvvəlki müstəmləkəçi (Almaniya) Birinci Dünya Müharibəsində məğlub olduqdan sonra Fransanın hakimiyyəti altına keçib.  Araşdırmaya görə, münaqişə  II Dünya Müharibəsindən sonra ölkə müstəqillik əldə etdikdən sonra başlayıb.

 Kamerunun cənubdakı Britaniyaya aid  hissə 1961-ci ildə müstəqillik qazanaraq yeni dövlətin bir hissəsi olub. Tarixçilər qeyd ediblər ki, 1956-1961-ci illər arasında Fransanın Kamerunun müstəqilliyinə qarşı mübarizəsi on minlərlə insanın həyatına son qoyub və yüz minlərlə insan köçkün düşüb.

Araşdırmada deyilir: “Bu zorakılıq idi və vandalizmdən yüz minlərlə insan əziyyət çəkdi. Fransa aşıq-aşakr insan haqlarına məhəl qoymadan  müharibə qanunlarını pozaraq dinc Kamerun xalqına divan tutdu”.

 Fransada çoxları üçün Kamerundakı müharibə sıradan bir hadisə idi. Çünki bu müharibədə əsasən Afrika koloniyalarından olan qoşunlar iştirak edirdi. Bu müharibə  1954-1962-ci illərdə Parisin Əlcəzairin müstəqilliyinə qarşı mübarizəsi fonunda görünməz oldu. Amma Fransa əslində Kamerunda müharibə aparırdı”.

Tədqiqat Parisin bu dövrlə bağlı “yaddaş boşluqlarını” doldurmağı hədəfləsə də, kamerunlular üçün bu, ağır  travmadır. Tədqiqat Fransanın keçmiş Afrika müstəmləkələrində təsirini itirdiyi, Parislə əlaqələri yenidən nəzərdən keçirən, bəzi hallarda isə kəsdiyi bir vaxta təsadüf edir.

Kamerun 1960-cı ildə müstəqillik əldə etdikdən sonra da Fransa 1982-ci ilə qədər hakimiyyətdə olan o vaxtkı prezident Əhmədou Ahidjo ilə sıx əməkdaşlıq edərək ölkənin idarə olunmasında fəal rol oynamağa davam edib.

Fransa Kamerunun Konstitusiyasının hazırlanmasında yaxından iştirak edib. Kamerunun ali qanunvericilik aktında Fransa mənafeyi üçün bəzi maddələr yer alıb. Bunlardan biri  fransız qoşunlarına yeni müstəqil dövlətdə “asayişi qoruma”sıyla bağlı idi. Bir sözlə Fransanın Kamerundan əl çəkmək fikri yox idi.  Ölkənin hazırkı lideri, 91 yaşlı Pol Biya Kamerun tarixində yalnız ikinci prezidentdir.

“Yaddaş və Həqiqət”

2021-ci il hesabatında Fransanın 1994-cü il Ruanda soyqırımına görə məsuliyyət daşıdığı bildirilir. Əlcəzairin müstəqillik müharibəsi zamanı Fransanın hərəkətlərinə baxış  komissiyası barışdırıcı mövqe tutur.  Bununla belə, Makron Əlcəzairdə fransız qoşunlarının törətdiyi işgəncələrə və digər cinayətlərə görə rəsmi üzr istəməyəcəklərini bəyan edib.

Fransa indi  Mali, Burkina Faso və Nigerdən sıxışdırıldıqdan sonra Afrikadakı hərbi mövcudluğunun yeni konfiqurasiyasını aparır.

Çad, Afrika liderlərinin Sahel bölgəsində cihadçılarla mübarizəyə kömək etdiyi üçün Fransaya “təşəkkür etməyi unutduqlarını” deyərkən Makronu hörmətsizlikdə günahlandırıb.

Yelisey Sarayı Fransa prezidentinin “Kamerunla birgə qurulan xatırlama və həqiqət işini davam etdirmək niyyətində olduğunu” bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 Yanvar 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri