Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Fransanın Afrika təcrübəsi Ermənistana nümunə olmalıdır ŞƏRH

Fransanın Afrika təcrübəsi Ermənistana nümunə olmalıdır ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 31 yanvar, Rabil Kətanov, AZƏRTAC

Dünya tarixinə Napoleon Bonapart, Şarl de Qol, Fransua Mitteran kimi görkəmli siyasi və dövlət xadimləri bəxş etmiş Fransa xalqı bu gün Emmanuel Makron kimi populist bir siyasətçinin destruktiv siyasətindən əziyyət çəkir. Bütün rejimlər kimi, E. Makron rejimi də daxildəki problemlərdən yaxa qurtarmaq və ictimaiyyətin diqqətini ölkənin əsas problemlərindən yayındırmaq məqsədilə diqqəti daha çox xarici siyasətə yönəltməklə Fransanın “möhtəşəmliyi”ni göstərməyə cəhd edir. Bu “möhtəşəmlik” isə özünü tarixən formalaşmış kolonializm siyasətində əks etdirir. Ölkə daxilində ərzaq mallarından tutmuş daşınmaz əmlakadək bütün məhsul və obyektlərin ildırım sürəti ilə bahalaşmasının, insanların sosial vəziyyətinin ağırlaşmasının qarşısını almaq əvəzinə, rəsmi Paris Ermənistanı yeni koloniyasına çevirməyə çalışır. Tarixin müxtəlif dövrlərində ayrı-ayrı böyük dövlətlərin himayəsində yer alan Ermənistan isə könüllü olaraq buna razılaşır, çünki Nikol Paşinyana da Qarabağ məğlubiyyəti ilə yanaşı, iqtisadi problemləri unutdurmaq üçün əsaslı amillər lazımdır. Bu amilləri isə rəsmi İrəvan Qərbə inteqrasiyada tapıb. Guya demokratiya olacaq və insanlar cah-calal içərisində yaşayacaqlar. Hələlik isə dözmək lazımdır. Bu “dözüm” N. Paşinyanın hakimiyyətdə olduğu müddətdə davam edəcək. Sonrası isə onu qətiyyən maraqlandırmır. Əsas odur ki, hakimiyyətdə olduğu müddətdə insanlar Qərb demokratiyasına inansın və bu fikirlə bir müddət sakit otursunlar.

N. Paşinyanın Ermənistana rəhbərliyi Fransada E. Makronun hakimiyyətdə olduğu müddət davam edəcək. Məsələnin mahiyyəti ondan ibarətdir ki, populist şüarlarla hakimiyyətə gələn E. Makron xalqa verdiyi vədlərin heç birinə əməl edə bilmədi və kolonializm siyasətinə üz tutdu. Burada da uğursuzluğa düçar olan Fransa Afrikadan qovuldu. Çad, Mali, Niger, Burkina-Faso, Mərkəzi Afrika Respublikasından hərbi hissələrini çıxarmaq məcburiyyətində qalan Fransa xilasını Ermənistanda görür. Azərbaycanın Qarabağ bölgəsini 30 il işğalda saxlayan Ermənistan 2020-ci ildə 44 günlük müharibədə biabırçı məğlubiyyətə uğradı. “Qarabağ Ermənistandır və nöqtə”, - deyən N. Paşinyan müharibədəki ağır məğlubiyyətdən sonra revanş üçün yeni “ağa” axtarmağa başladı. Beləliklə, yeni himayədar axtaran Ermənistan ilə yeni koloniya əldə etmək uğrunda mübarizə aparan Fransanın maraqları üst-üstə düşdü. Hazırda kolonializm siyasətinin adını “frankofoniya” qoyan rəsmi Paris Ermənistana silah-sursat verir, rəsmi İrəvan isə Fransanın qlobal siyasətdəki yerini möhkəmlətməyə kömək göstərir.

Hələ 2021-ci ildə Afrika dövlətlərində Fransa kolonializminə qarşı kütləvi çıxışlar başlayanda Seneqalın xarici işlər naziri Dudu Tiam demişdi ki, Afrika dövlətlərinin inkişafdan geri qalmalarının səbəbi rəsmi Parisdir. Bu dövlətin kolonial siyasəti xalqların sosial vəziyyətinin ağırlaşmasının əsas səbəbidir. Fransanın istismar siyasətinin qarşısının alınmasının vaxtı gəlib çatıb. Artıq Afrika gəncləri milli dövlətlərinə sahib çıxmaq iqtidarındadırlar. Nazir bildirmişdi ki, fransız istismarına son qoyulmasa, qitə dövlətləri inkişaf edə bilməyəcək.

Məhz Afrika ilə bağlı siyasətinin iflasa uğramasının, ölkədəki sosial-iqtisadi problemlərin həllinin öhdəsindən gələ bilməməsinin nəticəsi idi ki, Prezident E. Makronun impiçment məsələsi ortaya çıxdı. Fransa Milli Assambleyasının ali kollegial orqanı Prezident E. Makrona qarşı impiçment prosedurunun başlanmasına dair qətnamə layihəsini təsdiqlədi. 22 nəfər üzvdən ibarət ali kollegial orqanın 12 nəfəri qətnamənin lehinə səs verdi. Onlar məhz o solçu şəxslər idilər ki, E. Makronun hakimiyyətdən uzaqlaşdırılması təşəbbüsü irəli sürdülər. E. Makronun hakimiyyətdən uzaqlaşdırılmasını keçmiş Fransa prezidenti Fransua Olland da daxil olmaqla, 81 deputat dəstəkləyir. Fransa parlamentində belə bir prosesin baş verməsi ölkədəki siyasi və iqtisadi vəziyyətin acınacaqlı olduğunu deməyə əsas verir. Odur ki, E. Makronun Ermənistana sahib çıxması təsadüfi xarakter daşımır.

Bu gün Ermənistan Fransa və Cənubi Qafqazda yeni münaqişə ocağı yaradıb özlərini qlobal siyasətin aparıcı qüvvəsi hesab etməyə çalışanlara arxalanaraq, revanş arzulamaq əvəzinə, sülh haqqında düşünüb kompromisə gəlsə, daha yaxşı olar. Fransanın Afrika təcrübəsi Ermənistana nümunə olmalıdır. Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub.

Fransalı siyasi tədqiqatçı Filipp Moro Defarj “Geosiyasətə giriş” kitabında yazır ki, geosiyasət izaholunmaz prosesləri izah etməyə çalışmaq deməkdir. Kolonializm siyasətini izah etmək üçün geosiyasət terminindən istifadə olunur. Onun fikrincə, müasir dövrdə geosiyasət yalnız müxtəlif əraziləri və xalqları nəzarətdə saxlayıb, onların təbii resurslarını istismar etmək və iqtisadi dividentlər qazanmaq deyil, həmçinin ideologiya yaymaq, qlobal siyasətdə ambisiyanı nümayiş etdirmək, güclülər sırasında dayanmaq deməkdir. Məhz buna görə də daxildə pərişan olan siyasi hakimiyyət rəhbərləri uçurumun astanasında olan zaman geosiyasəti yada salır, vətənpərvərlik, dövlətin nüfuzunu, xalqın mədəniyyətinin dünyada tanıdılmasını əhalinin ağır sosial vəziyyətdə yaşamasından üstün hesab edirlər.

Fransadan minlərlə kilometr aralıda yerləşən Ermənistan revanş hissləri ilə yaşayaraq silahlanır. Fransanın Cənubi Qafqaza müdaxiləsi heç də erməni xalqına olan məhəbbətindən irəli gəlmir. Parisdə yaşayan erməni diasporunun səsinə möhtac qalan parlament üzvləri və yuxarıda qeyd etdiyimiz kimi, prezident E. Makronun siyasi iflası yeni koloniya axtarıb tapmağı şərtləndirib. Lakin müasir dünyada Fransanın yeni koloniya əldə etməsinin mümkünlüyü böyük şübhə altındadır. Bu səbəbdən də Ermənistan hərdən bir bəhanə tapıb Azərbaycan ilə sülh müqaviləsini imzalamaqdan boyun qaçırmaqdansa, silahlanmaya son qoysa, daha yaxşı siyasi mənzərə yaranar. Zaman gələcək Fransa Afrikadan qovulduğu kimi, Cənubi Qafqazdan da qovulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:308
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see622

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see554

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see429

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see301

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see296

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see295

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see283

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see276

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see259

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see240

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see231

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see230

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see225

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see212

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see206

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see204

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see203

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see190

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri