Icma.az
close
up
RU
Fransanın Azərbaycana qarşı yeni qətnaməsi

Fransanın Azərbaycana qarşı yeni qətnaməsi

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pərvanə SULTANOVA
[email protected]

Fransa uzun müddətdir Azərbaycana qarşı davam etdirdiyi düşmənçilik siyasətindən, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə yönəlmiş pozucu əməllərindən əl çəkmək istəmir. Öz bədnam siyasətinə görə regional proseslərdən kənarda qalan Fransa hakimiyyəti yenidən gərginlik yaratmaq, sülhü əngəlləmək üçün  müxtəlif vasitələrə əl atır. İyulun 22-də bu ölkənin Milli Assambleyasında “Respublikaçılar” Partiyasının təşəbbüsü ilə antiazərbaycan məzmun daşıyan qətnamə layihəsinin irəli sürülməsində də məqsəd məhz budur. Makron hakimiyyəti Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların aparılmasından, tərəflərin yekun mərhələyə yaxınlaşmasından və bu proseslərdən kənarda saxlanılmasından narahatdır. Bütün kartlarını işə salıb, heç nəyə nail olmadığı üçün indi də Azərbaycan əleyhinə qətnamə təşəbbüsü ilə çirkin niyyətini yenidən ortaya qoyub.

Hər zaman antiazərbaycan mövqeyi tutan Fransa Milli Assambleyasındakı “Sağ Respublikaçılar” qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten tərəfindən irəli sürülən “Ermənistanla strateji tərəfdaşlığı imzalamaqla onu Azərbaycanla sülh səylərində dəstəkləmək və Azərbaycanda saxlanılan Artsax siyasi məhbuslarının azad edilməsinə tələb etmək məqsədini daşıyan” Avropa Qətnaməsi təşəbbüsünün də arxasında məhz Makron administrasiyası dayanır.

Qətnamədə Azərbaycanın əleyhinə yönələn 7 bənd yer alıb. Həmin bəndlər tamamilə absurddur, ölkəmizə olan qərəzin miqyasını göstərir. Burada Azərbaycanla davam edən danışıqlar çərçivəsində Ermənistan Respublikasının sülh səylərinə tam dəstək verilməsi və Avropa İttifaqının vasitəçilik rolunu qorumaq və gücləndirmək tələbi, Azərbaycanın Ermənistanın mövcudluğunu inkar etdiyi, bunun Azərbaycanın “Arstax”da və digər nəzarət etdiyi bütün ərazilərdə erməni əhalisini məhv etmək siyasətinin davamı olduğu, eləcə də Azərbaycanın dini, mədəni və tarixi irsi məhv etdiyi kimi iddialar irəli sürülür.

Birincisi, Ermənistanda belə xatırlanmayan “Artsax” ifadəsini yenidən gündəmə gətirmək artıq həmin kağız parçasının müəlliflərinin qərəzini, həmişə olduğu kimi erməni lobbisinin sifarişini yerinə yetirdiklərini göstərir. Ermənilərin qayıtmaq hüququnu gündəmə gətirən həmin fransız parlamentarilər Qərbi Azərbaycandan qovulmuş 300 mindən artıq soydaşımızın qayıdış hüququ barədə əlbəttə ki, bir kəlmə də danışmırlar. Daha da irəli gedərək, guya Qarabağı könüllü tərk edən ermənilərə zorakılıq olduğunu iddia edirlər.

Qarabağ ermənilərinin regionu öz istəkləri ilə çox dinc şəkildə tərk etdikləri məlumdur. Burada heç bir zorakılıqdan söhbət gedə bilməz. Azərbaycana qarşı indiyə kimi bir sıra ermənipərəst dairələrin irəli sürdüyü bu iddiaların heç biri öz təsdiqini tapmayıb. Çünki ortada hər hansı fakt, sübut yoxdur. Sübut odur ki, həmin ermənilər bölgəni könüllü şəkildə tərk etdiklərini deyiblər. Eyni zamanda, erməni sakinlər bölgəni tərk etdikdən sonra ərazidə olan BMT missiya tərəfindən də belə bir fakt aşkar edilmədi.

Əlbəttə, erməni lobbisinə satılmış fransız qanunvericilərdən ədalətli, düzgün mövqe gözləmək mümkün deyil.

Onlar Bakıda məhkəməsi keçirilən və terrorda ittiham olunan erməni separatçıları “Artsax Respublikasının” siyasi liderləri adlandıraraq onların dərhal və qeyd-şərtsiz azad edilməsini də tələb ediblər. Məlumdur ki, həmin şəxslər Azərbaycan ərazisində hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və s. kimi cinayətlər törətməkdə təqsirləndirilirlər. Məhkəmə prosesi şəffaf aparılır və onların müvafiq hüquqları təmin edilir. Belə olduğu halda, qətnamədə bu cür iddiaların irəli sürülməsi suveren dövlətin daxili işlərinə qarışmaqdan başqa bir şey deyildir.

Dini, mədəni və tarixi irsə gəlincə, ermənilərin işğal zamanı hansı vəhşilikləri törətdiklərinə bütün dünya şahidlik edib. Dini, tarixi abidələri yerlə-yeksan ediblər. Qarabağdakı 67 məsciddən 65-i tamamilə dağıdıb, qalan 2 məscidə böyük ziyan vurulub, orada donuz saxlanılıb. Ümumiyyətlə, mədəni irsdən danışmağa utanmalı idilər. Fransa öz ərazisində ucaldılan və qadınların azadlığı rəmzini özündə əks etdirən Natəvanın heykəlini Evian şəhərində təhqir olunmasının qarşısını almadı.

Təbii ki, illərlə Azərbaycana qarşı qərəzini davam etdirən bir ölkənin qanunverici orqanından başqa cür yanaşma gözləmək mümkün deyil. Məlumdur ki, göstəriş birbaşa Yelesey sarayından gəlir. Fransa siyasi dairələri indiyə qədər apardıqları çirkin kampaniyalarla iflasa uğramalarına baxmayaraq, yenə də antiazərbaycan, islamofob fəaliyyətindən əl çəkmək istəmirlər. Görünür, İkinci Qarabağ müharibəsi dönəmində və ondan sonra BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə, heç olmasa bəyanat qəbul etdirməyə çalışan Fransa bu məsələdə iflasa uğramasından dərs ala bilməyib. Azərbaycanın gücünü onda anlamalı idi. Amma bədnam və mənasız mübarizəsini davam etdirir. Bu çirkin kampaniyada isə Loran Vokyeni irəli veriblər. O, həmin Vokyedir ki, 2023-cü ildə “Qarabağın blokadaya alınmasını” əsas gətirərək, guya, erməni sakinlərə yardımın edilməsinə çağırış edən kollektiv müraciətin təşəbbüskarlarından biri olub, qondarma rejimin “xarici işlər naziri” Sergey Kazaryanla görüşüb. Bakıda COP29-un keçirilməsinə qarşı kollektiv müraciətə imza atıb. Antiazərbaycan əleyhinə apardığı fəaliyyətə görə, Fransanın erməni icması tərəfindən “Cəsarət” medalı ilə təltif olunub.

Vokye kimi Azərbaycanın əleyhinə “humanitar tok-şou” aparan və digər bu kimi təlimatların icraçıları qismində Fransanın İl-dö-Frans regionunun prezidenti Valeri Pekressi və Paris şəhərinin meri An İdalqonu da xüsusi vurğulamaq olar. Pekress Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib, dəfələrlə ölkəmizin əleyhinə bəyanatlar səsləndirib, İdalqo isə 2023-cü ildə qondarma “rejim” üçün humanitar konvoyu keçirməyə çalışıb və Qarabağdan çıxanlara fəxri vətəndaşlıq verib. Parisin mərkəzində qondarma “Artsax respublikasının nümayəndəliyi” bu gün də fəaliyyət göstərir.

Makron Azərbaycanın Vətən müharibəsindəki qələbəsini, torpaqlarımızın işğalına son qoyulmasını qəbul edə bilmir. Çünki Azərbaycanın qələbəsi uğursuz Makronun məğlubiyyəti idi. O, Ermənistanla münaqişənin davam etməsini, yaxud münaqişənin Ermənistanın xeyrinə həllini istəyirdi. Ona görə da indiki reallıqları həzm edə bilmir və bunu Ermənistanın deyil, məhz özünün məğlubiyyəti kimi qəbul edir.

Göründüyü kimi, Makron hələ Cənubi Qafqaza qayıtmaq, Azərbaycan və Ermənistan arasında gedən danışıqlar prosesində yer almaq üçün çırpınır. Amma bütün səylər əbəsdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yürütdüyü müstəqil siyasəti nəticəsində Fransa bütün proseslərdən kənarda qalıb. Makron tam şəkildə uğursuzluğa düçar olub, keçmiş müstəmləkələrindən qovulur, Yeni Kaledoniyada baş verənlər də Parisin simasını bir daha ortaya qoydu. Azərbaycan Fransanın kolonial siyasətini ifşa edib, səsi, hüquqları, azadlıq mübarizəsi boğulan xalqların yanında olub, onlara dəstəyini göstərdi. Məhz Azərbaycanın dəstəyi ilə həmin xalqların boğulan səsi bütün dünya tərəfindən eşidilməyə başladı. Və bu gün Yeni Kaledoniyada Azərbaycan bayraqları dalğalanır. Azərbaycan bundan sonra da Fransa hakimiyyətinin real simasını dünyaya göstərməkdə davam edəcək, işğal altında olan dənizaşırı ərazilərin müstəqillik uğrunda mübarizəsini dəstəkləyəcək.

İyulun 19-da Prezident İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Yeni Kaledoniya dövlətinin yaradılmasının bir başlanğıc olduğunu bildirib, Fransanın müstəmləkə hakimiyyəti altında olan bütün ərazilərinin hazırda Fransa ilə Yeni Kaledoniya arasında əldə olunmuş dövlətlərarası münasibətləri qurmaq imkanına malik olacağına dair əminliyini ifadə edib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzu ilə bağlı deyib ki, Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə məlum qətnaməsi əslində siyasi sifarişdir və qərəzli xarakter daşıyır. Onun sözlərinə görə, əgər doğrudan da Fransa Milli Assambleyası kiminsə hüquqlarını qorumaq istəyirsə və insan hüquqlarının müdafiəçisi kimi görünməyə çalışırsa, o zaman ilk növbədə Yeni Kaledoniya xalqı, onların azadlığı üçün qətnamə qəbul etsin: “Çünki kanak xalqı uzun illərdir Fransanın əsarətindədir, hüquqları tapdalanır. Tarixi torpaqlarına digər adalardan qeyri-mədəniyyətə və qeyri-dilə sahib olan kiçik xalqlar köçürülür və beləliklə, kanaklar başqa bir formada istilaya məruz qalırlar. Söhbət həqiqətən də beynəlxalq hüquqa və qlobal dəyərlərə verilən önəmdən gedirsə, ilk növbədə Fransa Milli Assambleyası Yeni Kaledoniya ilə bağlı belə bir qətnamə qəbul etsin. Bu məsələnin məntiqi və hüquqi tərəfi. Qətnamənin siyasi tərəfinə gəlincə, onun hüquqi əsası yoxdur və heç bir halda Azərbaycana qarşı təzyiq vasitəsinə və alətə çevrilə bilməz. Bu qətnamə Fransa Milli Assambleyasının arxivi üçündür, elə orda da qalacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyul 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya proseslərə mane olmağa çalışır

31 İyul 2025 00:30see283

Azərbaycanın Avropa İttifaqı bazarında mövqeyi möhkəmlənir

29 İyul 2025 09:10see124

İnfarkt və insult ölüm hökmü deyil. Riskləri necə azaltmaq olar?

29 İyul 2025 19:55see120

Orxan Sübhan: Qarabağ Boltsuz da, Yankoviçsiz də Şelburn u məğlub etmək gücündədir

29 İyul 2025 14:36see120

“Qarabağ”ın “Şelburn”la oyununa doğru: statistika nə deyir?

29 İyul 2025 14:32see119

“Kim zəmanət verə bilər ki, Tarif Şurası sabit tarifi artırmayacaq?” “Bu qurum Konstitusiyaya ziddir”

29 İyul 2025 13:53see117

Eşit, inanma… Təbriz VƏFALI YAZIR

29 İyul 2025 14:21see117

6 cı cinayətindən bəraət aldı

29 İyul 2025 16:33see116

Baxış bucağınızı dəyişin müsbət düşüncənin gücü KONKRET

29 İyul 2025 09:22see116

3 ağır ürək diaqnozu olan xəstə ölümdən son anda qurtuldu

29 İyul 2025 16:32see115

Milli komandamızın üzvü niyə Moldova yox, Türkiyə klubunu seçib? Zimbru dan imtina edib

29 İyul 2025 12:20see115

Zaqatalada icra nümayəndəsinin evi yandı

29 İyul 2025 11:05see114

Səfir: Pekin qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirmək üçün Bakı ilə əməkdaşlığa hazırdır

29 İyul 2025 20:34see114

Bu qədər pulu varsa, ABŞ nin dövlət borcunu ödəsin Zaxarovadan CAVAB

29 İyul 2025 17:33see113

Əməkdar artist övladları ilə belə dincəlir Fotolar

29 İyul 2025 11:47see112

İşğal dönəmində Şuşaya hicran yaşadan xalçalar... Tarix i yenidən evində görmək qürur verir Video

29 İyul 2025 19:18see111

Netanyahu Argentinaya gedəcək

29 İyul 2025 09:41see111

Daha da dərinləşən siyasi və diplomatik uçurum ortaya çıxacaq POLİTOLOQ ŞƏRH ETDİ

29 İyul 2025 14:21see111

Bağça mühiti stimulverici və inkişafetdirici rol oynayır PSİXOLOQ RƏY BİLDİRDİ

29 İyul 2025 11:03see110

İnsanlar niyə belə videolara inanır? ŞƏRH

29 İyul 2025 15:31see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri