Icma.az
close
up
RU
Qulamhüseyn Əlibəyli: “Fransanın Azərbaycana qarşı qərəzinə səbəb...”

Qulamhüseyn Əlibəyli: “Fransanın Azərbaycana qarşı qərəzinə səbəb...”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransa növbəti dəfə ölkəmiz əleyhinə addım atıb. 

Bu dəfə də Paris Şəhər Şurası Azərbaycana qarşı qərəzli bəyanat qəbul edib. 

Ötən gün qəbul olunan bəyanatda Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən şəxslərlə bağlı absurd tələblərə yer verilib. 

Fransa hakimiyyəti nə üçün mütəmadi şəkildə Azərbaycan əleyhinə belə sərsəm addımlar ataraq özünü gülünc vəziyyətə salır? 

Politoloq Qulamhüseyn Əlibəyli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Fransa həmişə ermənilərin yanında olub: 

“Hətta Ermənistanın bir dövlət kimi yaranmasının səbəblərindən biri də elə Fransanın mövqeyidir. Həmçinin, Fransa Ermənistanı özünün “kiçik bacısı” hesab edir. 

Ona görə də rəsmi Paris hər zaman Azərbaycana qarşı mənfi mövqe sərgiləyib və qərəzli addımlar atıb. Üstəlik, Birinci Qarabağ müharibəsi başlayandan bəri də Fransa açıq şəkildə Ermənistana dəstək nümayiş etdirib. Bundan başqa, son dövrlərdə Fransanın ölkəmizə qarşı daha kəskin siyasət yürütməsinin əsas səbəblərindən biri Azərbaycanın Fransanın yeni müstəmləkəçilik siyasətini ifşa edən dövlətlərdən biri olmasıdır. Bakı Təşəbbüs Qrupunun yaradılması, yeni müstəmləkəçiliyin, Fransanın müstəmləkə ölkələrdə törətdiyi qanunsuzluqların, vəhşliklərin gündəmə gəlməsi və aşkarlanması Paris hakimiyyətini daha da qəzəbləndirir”. 

Ekspert qeyd edib ki, Fransadakı erməni lobbisinin də çox güclü olduğunu unutmaq olmaz: “Onlar da Fransanın Azərbaycana qarşı olan mənfi mövqeyindən istifadə edərək vəziyyəti daha da gərginləşdirirlər. 

Ümumiyyətlə, Fransa Azərbaycanın uğurlarını həzm edə bilmir. Ona görə də ermənilərdən istifadə etmək istəyir. Əslində, rəsmi Parisin addımları Cənubi Qafqazda sülh prosesinin ləngidilməsinə gətirib çıxaracaq. Çünki Fransa Ermənistan vasitəsilə regiona daxil olmağa və bütün şərtləri diqtə etməyə çalışır. Bütün bu səbəblərə görə başda Prezident Emmanuel Makron olmaqla, Fransanın bütün dövlət rəsmiləri və strukturları Azərbaycana qarşı addım atırlar. Lakin belə qətnamələr kağız parçasından başqa bir şey deyil”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Fevral 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri