Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

“Fransanın bu addımı müharibə elanına bərabərdir...” “Azərbaycanın da onlara verəcəyi cavabı var...” AzPolitika onlayn siyasiictimai qəzet

“Fransanın bu addımı müharibə elanına bərabərdir...” “Azərbaycanın da onlara verəcəyi cavabı var...” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycanla Ermənistan arasında 3 məsələ ətrafında fikir ayrılığı var”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə “Azpost.info” sayıtna müsahibəsində sülh danışıqlarının perspektivləri barədə sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, birincisi, Ermənistan Konstitusiyasının mətnində dəyişikliyin edilməsi və orada Ermənistanın əvvəllər qəbul etdiyi Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır. Ekspert ikinci səbəb kimi sərhəd zolağından avropalı müşahidəçilərin çıxarılmasını, üçüncü məsələ kimi isə sərhəd zolağında işlərin bərpa olunmasını göstərir: “Hər biri ilə bağlı hansısa razılıq əldə etmək mümkündür. İndi Ermənistan çalışır ki, konstitusiya ilə bağlı çağırışları 2026-cı il parlament seçkilərindən sonraya saxlasın. İndiki mərhələdə biz konstitusiya məhkəməsinin, yaxud hansısa aralıq məhkəmənin qərarı ilə “Dağlıq Qarabağ”ın birləşdirilməsi ilə əlaqədar Müstəqillik Bəyannaməsinə edilən istinadı çıxartdıra bilərik. O ki qaldı Avropa Birliyinin müşahidə missiyasına, onları Cənubi Qafqazdan çıxara bilərik. Ən azından xahiş edərik ki, ölkələrinə qayıtsınlar. Sərhədlərin təyin olunması ilə bağlı o da qeyd olunub ki, bütün məsələlər barədə delimitasiya və demarkasiya prosesində razılığa gəldikdən sonra bu məsələ də öz həllini tapa bilər. Delimitasiyanın həyata keçirilməsi tərəflərin iradəsindən asılıdır. Düşünürəm ki, ortada siyasi bir maneə yoxdur. O vaxt Ermənistanla Azərbaycan arasındakı sərhəd bəlli idi, hələlik həmin sərhədlər üzrə prosesə başlanılıb və müəyyən qurumlarda da xəritələr mövcuddur. İstər bu ilin dekabrında, istərsə də gələn il ərzində bu bağırsaq kimi uzanan məsələ həll edilə bilər”.

Böyük dövlətlərin Cənubi Qafqazdakı maraqları, onların regiona təsiri haqda danışan Z.Əlizadə hesab edir ki, Rusiya əvvəllər məsələlərə fərqli yanaşsa da, sonra Qafqazda Azərbaycana qarşı mövqe sərgiləməyin Moskvanın dövlət maraqlarına zidd olduğunu anladı: “Bu gün isə şimal qonşularımız Azərbaycanla hansısa xoş münasibətlər qurmağa çalışır. İndi şimal qonşumuzun əvvəlki təxribatçı missiyasını Fransa həyata keçirir. Hesab edir ki, Azərbaycana qarşı təzyiq etmək üçün hansısa qərəzli mövqe tutmaq mütləqdir. Azərbaycanı nəyəsə məcbur etmək lazımdır. Bu çox yanlış mövqedir”.

“Azərbaycan - Fransa münasibətlərindəki böhran nə vaxta qədər davam edə bilər” sualını politoloq belə cavablandırıb: “Böhranın təşəbbüskarı Azərbaycan deyil. Biz kiçik dövlətik, öz gücümüzü bilirik. Təyyarə daşıyan gəmiləri var, nüvə istehsal edən ölkədir, istehsal etdiyi nüvə enerjisini başqa dövlətlərə satır, yüksək texnologiyası var, xeyli əhalisi var, qədim dövlətdir, Avropa İttifaqının üzvüdür, aparıcı dövlətlərdən biridir, böyük ordusu var və s. Biz isə onlarla müqayisədə xeyli kiçik dövlətik. Biz heç vaxt Fransanın daxili işlərinə müdaxilə etmirik. O Fransadır ki, tullana-tullana Avropanın qərbindən qalxıb gəlib Qafqaza, burada çalışır mənəm-mənəmlik eləsin. Təbii ki, Azərbaycan dövləti də bunu qəbul etmir. Azərbaycan hansısa dövlətin gəlib bulanıq suda balıq tutmasını qəbul etmək fikrində deyil. Belə bir məsəl var: Söymə mənim nökər dədəmi, söyməyim sənin bəy dədəni. Onlar bizimlə bağlı məsələlərə müdaxilə edir, biz də minlərlə kilometr uzaqlıqdakı Yeni Kaledoniya məsələsini gündəmə gətiririk. Fransa şüşə evdə oturub kimə gəldi daş atırsa, bilməlidir ki, küçədən keçən də sənin evinə daş atacaq və sənin də şüşədən evin dağılacaq. Xeyli sayda günahı ola-ola gəlib Azərbaycan xalqına əxlaq dərsi keçir, bizə siyasətimizi necə aparmalı, necə qurmalı olduğumuzu öyrədir. Siz kimsiniz?! Əslində Azərbaycan müstəqilləşdikdən bu yana Fransa ilə bütün istiqamətlərdə xoş münasibətlər qurmağa çalışır. Fransa hakimiyyəti bunu anlamır. Görünür, orada hələ də müsəlmanlara, türk dünyasına qarşı qəlibləşmiş qərəzli ənənələr davam etdirilir”.

Z.Əlizadə vurğulayır ki, Azərbaycanın müstəqilliyi dünyada tanınır və onun təyyarələr daşıyan gəmiləri, nüvə enerjisi olmasa da, siyasi arenada söz haqqı, səs hüququ var. “Fransa Parlamentinin “artsax”ın müstəqilliyini tanıdığını elan etməsi nə deməkdir, axı? Müharibə elanına bərabər addım hesab oluna bilər. Azərbaycanın ərazi bütövlüyünü inkar edir. Onlar Azərbaycan əleyhinə bu cür addımlar atdıqları zaman, ölkəmizi təmsil edən diplomatlar beynəlxalq kürsülərdən Yeni Kaledoniya və Korsika barədə danışmağa başlayırlar. Niderland “artsax”ın müstəqilliyi ilə bağlı fikirlər səsləndirməyə başladığı zaman, biz də onların dənizlərin ortasında olan müstəmləkə torpaqları barədə danışmağa başlayırıq. O dövlətlər ki bizi saymır, bizim mənafeyimizi nəzərə almır, bizə qarşı etinasız yanaşmanı özlərinə rəva bilirilər, Azərbaycanın da onlara verəcəyi cavab var”, - təhliçi qeyd edib.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Noyabr 2024 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see393

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see218

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see185

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see170

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see168

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see162

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see155

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see126

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri