Icma.az
close
up
RU
Qərbin Gürcüstana qarşı ittihamları əsassızdır RƏY

Qərbin Gürcüstana qarşı ittihamları əsassızdır RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Nəzərə almırlar ki, Rusiya bu ölkənin 20 faizini hələ də işğalda saxlayır

“Belə məqamda Gürcüstan Avropa Birliyinə görə Rusiya ilə dalaşmalı deyil ki?”

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili deyib ki, Tbilisi hökuməti Avropa İttifaqına üzvlükdən heç vaxt imtina etməyib. O qeyd edib ki, Avropa İttifaqının bayraqları hakim "Gürcü Arzusu" Partiyasının bütün əsas toplantılarında çox istifadə olunurdu:

"Təəssüflər ki, bu gün dəstək azalır. Əgər Gürcüstan əhalisinin 80 faizi Aİ-yə üzvlüyü, 60 faizi isə "Gürcü Arzusu"nu dəstəkləyirsə, bu nə deməkdir? Məlum olur ki, əhalinin əksəriyyəti eyni zamanda həm Aİ-yə üzvlüyü, həm də "Gürcü Arzusu"nu dəstəkləyir. Bu iki fakt arasında fərq nədir?". Dövlət başçısı Gürcüstanın Aİ-yə üzvlüyə 2030-cu ilədək hazır olacağını vurğulayıb: "Lakin biz hazırda Avropa İttifaqının mövqeyinin dəyişəcəyini bilmirik. Onlar ikili standartlara əsaslanırlar. Əsas dialoqdur, lakin Avropa İttifaqı Gürcüstanla dialoqa getmir. Onlar bəzən hökuməti tanıyırlar, bəzən isə tanımırlar və bu, absurddur".

AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli Sherg.az-a deyib ki, Avropa İttifaqı üçün əsas problem Gürcüstanda "Gürcü Arzusu"nun hakimiyyətə gəlməsidir. Ekspert bəyan edib ki, Rusiya-Ukrayna müharibəsi başlayanda Qərbin bütün cəhdlərinə rəğmən, Tbilisi hökuməti Moskvaya qarşı sanksiyalara qoşulmadı: "Bundan sonra Avropa Birliyi ilə Gürcüstan arasında soyuq münasibətlər başladı. Qərb Gürcüstana təzyiq edir, az qala təkid edirdi ki, Ukrayna ilə bərabər gürcülər də Rusiyaya yenidən savaş elan etsinlər. Bu da çox absurd tələb idi. Çünki Gürcüstan 2008-ci ildə Rusiya ilə müharibəyə girmək riskini edib və belə demək mümkünsə, "öz paylarını alıb". Təbii ki, Gürcüstan Rusiyaya qarşı müharibəyə qoşulmayacaq. Məncə, düz edirlər. Qərbin təzyiqi, müdaxiləsi Gürcüstanda keçirilən seçkilərdə də özünü bariz göstərdi. Hətta rəsmi hökuməti qəbul etmədiklərini bildirdilər, seçkilərin "saxtalaşdırıldığını" iddia etdilər. Unutmayaq ki, zamanında sabiq Prezident M.Saakaşvilini Gürcüstana göndərən də elə Qərb, Avropa idi. Məqsəd ölkədə qarşıdurma yaratmaq idi, ancaq nail olmadılar. O cümlədən, keçmiş Prezident Salome Zurabişvilini seçilmiş hökumətə qarşı yönəldən, ölkədə ikitirəlik yaratmaq niyyətində olan da Qərb idi, amma bunu da bacarmadılar". 

Ə.Məmmədliyə görə, Qərbin Gürcüstana qarşı ittihamları əsassızdır: "Təsəvvür edin, Aİ Gürcüstanı ittiham edir ki, niyə Rusiyaya qarşı sanksiyalara qoşulmur, niyə Moskvaya "savaş" açmır?! Nəzərə almırlar ki, Gürcüstan Rusiya ilə ən böyük sərhədə malik ölkədir. Rusiya bu ölkənin 20 faizini hələ də işğalda saxlayır. Düzdür, Abxaziya və Osetiya "mübarizə apararaq" öz "müstəqilliklərini" əldə etdiklərini deyirlər, amma hər halda Rusiyanın iştirakı, dəstəyi ortadadır. Belə məqamda Gürcüstan Avropa Birliyinə görə, Rusiya ilə dalaşmalı deyil ki? Bidzina İvanaşvili V.Zelenskidən daha ağıllı olduğu üçün Qərbin avantürasına getmədi. "Gürcü Arzusu" hökuməti Qərbə inteqrasiyada, Gürcüstanın Aİ-yə üzv olmasında maraqlıdır. Bu, Qərb və Rusiyanın gələcək münasibətlərindən asılıdır". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri