Icma.az
close
up
RU
Norm sement istehsalında emal olunmuş qazma şlamından istifadəni sınaqdan keçirib FOTO

Norm sement istehsalında emal olunmuş qazma şlamından istifadəni sınaqdan keçirib FOTO

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Norm Azərbaycanda sənaye tullantılarının təkrar istifadəsi istiqamətində növbəti addımı ataraq,  neft-qaz sənayesində  qazma əməliyyatlarından əldə edilən emal olunmuş qazma şlamı üzərində sənaye sınaqlarını müvəffəqiyyətlə tamamlayıb. Azeri M-I tərəfindən təchiz olunan, təqribən 1000 ton emal olunmuş qazma şlamı Norm Sement zavodunda klinker istehsalı zamanı alternativ xammal kimi istifadə edilib. Laboratoriya, emissiyaya nəzarət və əməliyyat testləri materialın sobada emalı üçün tələb olunan keyfiyyət, təhlükəsizlik və ətraf mühitlə bağlı bütün standartlara cavab verdiyini təsdiqləyib.
Sınaq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmiş Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinə (ƏMTQ) müvafiq şəkildə həyata keçirilib və bütün mərhələlərdə tənzimləyici qaydalara, eləcə də ətraf mühitin tələblərinə uyğunluğuna tam nəzarət təmin edilib.
Layihə qazma əməliyyatları ilə sement istehsalı arasında dövri əlaqə formalaşdırır.  Belə ki, neft-qaz sektoru üçün quyu-tamponaj sementi təchiz edən Norm, öz növbəsində həmin quyulardan əldə edilən emal olunmuş qazma şlamını klinker istehsalında təkrar istifadə edəcək. Sənaye tullantılarından alternativ xammal kimi istifadə ətraf mühitə təsirin azaldılmasına, xammalın səmərəli istifadəsinə və dairəvi iqtisadiyyatın inkişafına gətirib çıxaracaq. 
Həmçinin, Azərbaycanın neft-qaz və sement sənayesi arasında əməkdaşlığın güclənməsinə və dayanıqlılıq məqsədlərinə doğru irəliləyiş əldə olunmasına şərait yaradacaq.  
Tullantıları istehsal dövriyyəsinə qaytarmaqla, Norm resurs cəhətdən səmərəli və dairəvi iqtisadiyyata dəstək göstərəcək, eləcə də sement istehsalında ətraf mühitə təsiri azaltmaq üçün yeni yollar araşdırmağa davam edəcək. 
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Dekabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri