Icma.az
close
up
RU
Anası barədə yayılan söz söhbətlər qanla bitdi TƏFƏRRÜAT

Anası barədə yayılan söz söhbətlər qanla bitdi TƏFƏRRÜAT

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Qəbələ rayonunda 18 yaşlı oğlan anası haqqında intim söhbətlər yayan qonşusuna ağır xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ağdaş rayon sakini, 2008-ci il təvəllüdlü Cəfər  həmkəndlisi və əvvəlcədən anası Əfsanə ilə aralarında olan mübahisələr nəticəsində küsülü və ailə üzvləri ilə ədavətli olan Elcana (adlar şərtidir – red.) bir neçə dəfə zəng edib. 
O, Elcana digər şəxslərin, eləcə də onlardan torpaq almaq istəyən istintaqa məlum olmayan şəxsin yanında anası Əfsanə, həmçinin onun ailə üzvlərinin əxlaqsız və pozğun olması barədə danışmasını əsas gətirərək, bu barədə ona iradını bildirib. 
Daha sonra o, həmin gün, gecə saat 2 radələrində yüngül dərəcəli alkoqol sərxoş vəziyyətdə Elcanla Qəbələ şəhəri,  Nizami Gəncəvi küçəsində yerləşən “Park Market” adlı supermarketin qarşısında görüşüb,  orada həmin mövzu ilə əlaqədar mübahisəni davam etdirib. 
Bundan sonra saat 3 radələrində Elcanın təklifi ilə onunla birlikdə avtomobillə Qəbələ şəhəri, Həzi Aslanov küçəsində yerləşən inzibati binasının arxa hissəsinə gəlib. Orada həmin mövzu ilə əlaqədar əvvəlcə avtomobildə, ardınca avtomobildən yerə  düşərək mübahisəni davam etdirərkən əvvəlcədən özündə saxladığı bıçaqla ona zərbələr vurub. 
Hadisəni törədən Cəfərin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Cəfər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Elcan onun qonşusudur: “Elcan bizimlə ailəmizdə söz-söhbət yaratdı. O, anamın əxlaqsız olduğunu bildirdi və təhqir etdi. Dəfələrlə onunla söhbət etməyimə baxmayaraq, əməlindən əl çəkmədi. Sonuncu dəfə Elcanla görüşən vaxt, ondan niyə belə etdiyini soruşdum. Elcan məni təhqir etdi və üzərimə gəldi. Ona görə də, məlum hadisə baş verdi. Elcan mütəmadi olaraq anam və bacım haqqında hər yerdə danışdı, ailəmi təhqir etdi. Hadisə günü Elcanla marketin yanında söhbət etdik. Sonra məni parka dəvət etdi. Parkda Elcanla əlbəyaxa dava etdik. Elcan məni təhqir etdi və üstümə gəldi. Mən də onu bıçaqla vurdum”.
Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərib ki, səhv etmirsə, Elcanın 40 yaşı var: “O, anama əxlaqsız deyib. Bunu özümə sığışdıra bilməmişəm. Sinif yoldaşlarımın içində utanmışam və pis vəziyyətdə qalmışam. O, anama da, bacıma da əxlaqsız ifadələr söyləyib. Hadisə günü ona zəng edərək görüşdüm. Təxminən 3-4 ildir ki, ailəmi təhqir edir. Onunla münaqişə uzun zamandır davam etməkdə idi. 3-4 il ərzində Elcanla görüşməmişəm. Birinci dəfədir ki, onunla görüşürdüm. Hadisə günü biraz içkili olmuşam. Elcanın yanında heç kim olmayıb. O, tək olub. Evdə bıçaq olmayıb. Ona görə marketdən bıçaq almışam və evə aparacaqdım. Elə oldu ki, həmin günü Elcanla görüşəsi oldum və məlum hadisə baş verdi”.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq olmaqla 3 il şərti cəza verilib. 
Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Dekabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri