Fransanın bütün ərazisində həyəcan təbili...
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paris və paytaxt regionu İl-de-Frans da daxil olmaqla, Fransanın materik hissəsinin 96 departamentindən 49-da ən yüksək - qırmızı meteoroloji təhlükə səviyyəsi elan edilib.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya Xidmətindən bildirilib.
Bildirilib ki, əvvəllər qırmızı təhlükə səviyyəsi eyni vaxtda heç vaxt bu qədər çox sayda departamenti əhatə etməmişdi. Bir sıra rayonlarda termometrlərin göstəriciləri 42 dərəcəyə qədər yüksələ bilər. Meteoroloqların proqnozlarına görə, isti hava şəraiti qarşıdan gələn həftə ərzində davam edəcək və hətta daha da güclənəcək.
Bundan başqa, 40 departamentdə sondan əvvəlki - narıncı təhlükə səviyyəsi elan edilib. Daha yeddi departamentdə isə sarı xəbərdarlıq səviyyəsi qüvvədədir. Faktiki olaraq dövlətin bütün Avropa ərazisi ekstremal istilərlə əlaqədar meteoroloji xəbərdarlığın təsiri altındadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 21 İyun 2026 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















