Icma.az
close
up
RU
Fransanın Azərbaycandakı layihələri dayandırıla bilər AÇIQLAMA

Fransanın Azərbaycandakı layihələri dayandırıla bilər AÇIQLAMA

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Azərbaycana səyahət xəbərdarlığı edib. O, Azərbaycana səyahət xəbərdarlığını “özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski” iddiaları ilə əsaslandırmağa çalışıb. Məsələyə Azərbaycan tərəfi rəsmi cavab verib. Belə ki,  Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasını qətiyyətlə pisləyib və rədd edib:

"Ayrı-ayrı cinayət işləri üzrə Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilən məhkəmə proseslərinin siyasi mülahizələr əsasında təqdim edilməsi və Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir.

Fransanın Azərbaycanla bağlı belə ittihamlar səsləndirərkən öz hüquq-mühafizə və penitensiar sistemində mövcud problemləri nəzərə almaması diqqətdən kənarda qala bilməz. Bununla yanaşı, Fransa tərəfinin beynəlxalq hüquqi pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur.

Fransa tərəfini Azərbaycanla bağlı əsassız və qərəzli iddialardan çəkinməyə, ölkəmizin suverenliyinə və daxili işlərinə hörmət etməyə və ikitərəfli münasibətlərə zərər vuran yanaşmalara son qoymağa çağırırıq".

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Kamran Bayramov bildirib ki, Fransanın bu çağırışı onun regionda sülh prosesinə zərbə vurmaq, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmaq niyyətini bir daha açıq şəkildə üzə çıxarır:

"Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı səyahət xəbərdarlığını sərtləşdirərək bunu guya “özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski” kimi absurd iddialarla əsaslandırması Parisin uzun müddətdir Cənubi Qafqazda yürütdüyü qərəzli və destruktiv siyasətin növbəti təzahürüdür. Bu addım Bakı ilə Paris arasında artıq kritik həddə çatmış diplomatik gərginliyi daha da dərinləşdirir və Fransanın regionda sülh prosesinə zərbə vurmaq, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmaq niyyətini bir daha açıq şəkildə üzə çıxarır. Vətən müharibəsindən sonra Ermənistanı açıq şəkildə dəstəkləyən, onu silahlandıran, BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı platformalarında Azərbaycana qarşı sanksiyaların qəbul edilməsinə uğursuz cəhdlər göstərən Paris rəhbərliyi, indi də informasiya müharibəsi və siyasi təzyiq alətlərindən istifadə edərək öz hədəflərinə çatmağa çalışır. Fransa bu cür əsassız ittihamlarla həm öz vətəndaşları arasında süni qorxu yaratmaq, həm də beynəlxalq ictimaiyyətə Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq məqsədi güdür, lakin bu yanaşma ikitərəfli əlaqələrin gələcəyini daha böyük qeyri-müəyyənliyə sövq edir".

Parlamentari vurğulayıb ki, mövcud diplomatik böhran kontekstində Fransanın bu addımı Azərbaycan tərəfindən cavabsız qalmayacaq:

"Fransanın bu addımları yaxın perspektivdə ikitərəfli münasibətlərdə daha sərt siyasi, diplomatik, eləcə də iqtisadi məhdudiyyətlərin gündəmə gəlməsini qaçılmaz edir. Azərbaycan öz suverenliyinə, məhkəmə hakimiyyətinə və təhlükəsizlik sisteminə qarşı bu cür əsassız müdaxilələrə hər zaman adekvat cavab verib və bu dəfə də analoji diplomatik addımların atılması gözləniləndir. Belə ki, Bakı rəsmi təmasların minimuma endirilməsi, Fransanın regiondakı iqtisadi və mədəni layihələrinin fəaliyyətinə məhdudiyyətlərin qoyulması və ya tamamilə dayandırılması kimi qərarları nəzərdən keçirə bilər. Eyni zamanda, Fransanın Yeni Kaledoniya və digər dənizaşırı ərazilərindəki neokolonial siyasətinə qarşı Azərbaycanın beynəlxalq müstəvidə yürütdüyü prinsipial xəttin daha da gücləndirilməsi və Parisin müstəmləkəçilik keçmişinin ifşa olunması istiqamətindəki fəaliyyətin genişləndirilməsi gözlənilən addımlar sırasındadır. Yaxın perspektivdə Bakı və Paris arasında münasibətlərin normallaşması və ya hər hansı müsbət dinamikanın yaranması real görünmür, əksinə, tərəflər arasında soyuq müharibə fazasının daha da dərinləşəcəyi proqnozlaşdırılır. Fransa rəhbərliyi Ermənistanı revanşizmə təhrik edən siyasətindən və Azərbaycana qarşı qərəzli ritorikasından imtina etmədikcə, ikitərəfli əlaqələrin bərpası imkansız olaraq qalacaq. Nəticə etibarı ilə Fransanın bu təxribatçı qərarı Parisin Cənubi Qafqazdakı vasitəçilik və təsir imkanlarını tamamilə sıfırlayır, onu regiondakı bütün sülh və əməkdaşlıq formatlarından təcrid edir və Bakı–Paris xəttində uzunmüddətli sistemli diplomatik böhranın təməlini qoyur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Sentyabr 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri