Fransanın Land departamentində 1300 hektar meşə sahəsini yanğın bürüyüb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paris, 15 avqust, AZƏRTAC
Fransanın Land departamentində başlayan meşə yanğını təxminən 1300 hektar ərazini əhatə edib.
AZƏRTAC xəbər verir ki, hazırda alovun intensivliyi azalsa da, yanğınla mübarizə davam edir.
Landes prefekti Jil Klavrelinin sözlərinə görə, təhlükəsizlik məqsədilə təxminən 550 nəfər təxliyə edilib. Onların böyük hissəsi Sabr kommunasına yerləşdirilib.
Land Yanğınsöndürmə və Xilasetmə Xidmətinin rəhbəri Arno Faber bildirib ki, yanğının qarşısı müəyyən qədər alınıb, gecə saatlarında temperaturun aşağı düşməsi və havanın rütubətinin artması yanğının intensivliyinin azalmasına kömək edib.
Təxminən 550 yanğınsöndürən alovla mübarizəyə cəlb olunub və əlavə qüvvələr də əraziyə göndərilib. Yanğınsöndürmə əməliyyatlarına ilk dəfə Avstraliyanın helikopteri də cəlb edilib.
Yanğının səbəbi hələlik müəyyən olunmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 15 Avqust 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















