Icma.az
close
up
RU
Fransanın Yeni Kaledoniyada etirazlarda əsassız güc tətbiq etməsinə dair hesabat hazırlanıb

Fransanın Yeni Kaledoniyada etirazlarda əsassız güc tətbiq etməsinə dair hesabat hazırlanıb

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnsan hüquqları üzrə milli məsləhətçi komissiya (La Commission nationale consultative des droits de l"homme) yanvarın 29-da Kanakidə (Yeni Kaledoniya) baş vermiş etiraz aksiyalarına dair rəsmi hesabat dərc edib.

525.az-a bu barədə Bakı Təşəbbüs Qrupundan məlumat verilib.

Həmin sənəddə Fransa dövlət orqanları tərəfindən Kanak xalqına qarşı tətbiq edilmiş zorakı müdaxilələrin sistemli xarakter daşıdığı, hüquq-mühafizə orqanları tərəfindən qeyri-mütənasib və əsassız güc istifadə edildiyi xüsusi qeyd edilib, bu repressiv yanaşmanın fundamental insan hüquqları və beynəlxalq öhdəliklərlə açıq ziddiyyət təşkil etdiyi kəskin şəkildə tənqid edilib.

Sözügedən hesabatda Kanakidə dinc aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin fəaliyyəti, habelə məhkəmə orqanlarının və bütövlükdə ədliyyə sisteminin davranışı beynəlxalq insan hüquqları standartları prizmasından sistemli şəkildə təhlil edilmiş, aparılmış qiymətləndirmə nəticəsində hüquq-mühafizə və məhkəmə institutlarının fəaliyyətində ciddi uyğunsuzluqlar aşkar edilib. Bu uyğunsuzluqlar müvafiq dövlət orqanlarının institusional məsuliyyəti, hüquqi prosedurların pozulması və Fransanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin icra etməməsi kontekstində əsaslandırılıb.

Fundamental hüquqlara dair pozuntularla bağlı rəyin həmməruzəçisi Tartakowsky dövlət institutlarının fəaliyyətində çoxsaylı struktur, hüquqi və əməliyyat xarakterli çatışmamazlıqların sistemli şəkildə üzə çıxdığını bildirib.

Hesabatda qeyd edilib ki, 13 may 2024-cü il tarixindən etibarən arxipelaqda seçici korpusunun zorla dəyişdirilməsinə qarşı etirazlarla əlaqədar zorakılıq hadisələrinin intensivləşdiyi dövrdən başlayaraq təhlükəsizlik qüvvələri tərəfindən kanak əhalisini hədəf alan zorakı repressiv tədbirlər həyata keçirilib.

Komissiya Fransanın məhkəmə sisteminin hadisələrə reaksiyasını da sərt şəkildə tənqid edir və qeyd edir ki, əhalisi təxminən 260 min nəfər olan arxipelaqda 6 minədək polis və jandarmın yerləşdirilməsi fonunda, baş vermiş zorakılıq hadisələri ilə əlaqədar 2 528 nəfər saxlanılmış, 500-dən artıq şəxs barəsində isə məhkəmə icraatı başlanılıb. Komissiyanın qiymətləndirməsinə görə, bu repressiv tədbirlər faktiki olaraq yalnız kanak əhalisinə qarşı yönəlib.

Hesabatın digər bölməsində qeyri-qanuni həbs edilmiş kanak məhkumların həbsxanalarda saxlanma şəraitinə yer ayrılıb. Həbsxanada qeyri-insani davranış, məhkəmə qərarı olmadan insanların cəzaçəkmə müssisələrinə yerləşdirilməsi nəticəsində həbsxana daxilində etiraz aksiyaları, hətta üsyanlar baş verib. Sözügedən hadisələr zamanı bir məhbusun həyatını itirdiyi qeyd edilir və şahidlərin ifadələrinə görə, həmin şəxsin təhlükəsizlik qüvvələrinin tətbiq etdiyi zorakılıq nəticəsində həlak olduğu xüsusilə vurğulanır.

Komissiya qeyd edir ki, materik Fransaya köçürülən məhbuslar hazırda bir sıra ciddi çətinliklərlə üzləşirlər. Belə ki, materik Fransada evlərindən təxminən 17 min kilometr uzaqda saxlanılan şəxslərin qış geyimi və geri dönüş bileti olmadan azad edilməsi, hüquqi təminatların kobud şəkildə pozulması ilə yanaşı, ədalətin mahiyyətinə və legitimliyinə ciddi zərbə vurur.

Hesabatın müəllifləri zorakılıqlardan sonrakı dövrü də təhlil etmişdir. İğtişaşların yaratdığı dağıntılar səbəbindən Kanakidə iqtisadiyyat ciddi şəkildə zərər görmüş, böhrandan sonrakı aylarda bir sıra sosial proqramlar dayandırılıb.

Hesabatın yekununda Komissiya bir sıra tövsiyələr irəli sürərək, polis zorakılığı ilə bağlı halların müstəqil və əhatəli şəkildə araşdırılmasının təmin edilməsini və həbsxanalarda saxlanma şəraitinin beynəlxalq insan hüquqları standartlarına uyğun şəkildə yaxşılaşdırılmasını müvafiq orqanların diqqətinə çatdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Yanvar 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri