Icma.az
close
up
RU
Fransız casusun məhkəməsi başladı

Fransız casusun məhkəməsi başladı

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Rayan barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Martin Rayan tərcüməçi və müdafiəçi ilə təmin edilib. Həmçinin Martin Ryan şüşə qəfəsdən çıxarılaraq tərcüməçisinin yanında əyləşdirilib.

Məhkəmədə Fransa və Böyük Britaniyanın səfirliklərinin nümayəndələri də iştirak edib.

Hakim təqsirləndirilən şəxslərə hüquq və vəzifələrini izah edib.

Daha sonra prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Martin Rayan 25 aprel 1988-ci ildə Klermon-Ferran şəhərində anadan olub, ali təhsillidir. Fransada Monpelye 3 Universitetini “beynəlxalq əlaqələr, hərbi tarix və geosiyasət” ixtisası üzrə üzrə bitirib. O, əvvəllər məhkum olunmayıb və subaydır.

Azərbaycanda sahibkarlıqla məşğul olub. Azərbaycana xaricdən şərab tədarük edib.

Məhkəmədə o da qeyd edilib ki, Martin Rayan Fransa vətəndaşı olmaqla yanaşı, Böyük Britaniyanın da vətəndaşıdır.

Martin Rayanla birgə həbs edilən Azad Məmmədlinin də anket məlumatları dəqiqləşdirilib.

Bildirilib ki, Azad Məmmədli 1995-ci il anadan olub, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq fakültəsini bitirib. Magistr təhsilini isə Fransada alıb.

Azad Məmmədli 2019-2023-ci illərdə Beynəlxalq Bankın hüquqşünası olub, daha sonra Böyük Britaniyaya köçərək orda çalışıb. Azərbaycana qayıdandan 2 ay sonra həbs edilib.

Azad Məmmədlinin vəkili vəsatətlə çıxış edərək müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.

Martin Ryanın vəkili isə cinayət işinin açıq məhkəmə iclası ilə baxılmasını istəyib:

"Həm vəkil, həm də Azərbaycan vətəndaşı kimi bu cinayət işinin açıq məhkəmə iclasında baxılmasının tərəfdarıyıq. Əgər qapalı proses olsa müvəkkilimin vətəndaşı olduğu ölkənin nümayəndələrini iştirak edə bilməyəcək. Həmçinin qoy səfirlik nümayəndələri görsünlər ki, Azərbaycanın məhkəmə zallarında məhkəmə prosesləri necə şəffaf formada keçirilir".

Məhkəmə baxışı 2025-ci ilin yanvarın 6-na təyin edilib.

Məhkəmə iclası açıq məhkəmə baxışında baxılacaq. A.Məmmədlinin vəkilinin ev dustaqlığı ilə bağlı verdiyi vəsatət təmin edilməyib.

Qeyd edək ki, Martin Rayan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə Martin Rayan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Rayanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.

Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 Dekabr 2024 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri