Icma.az
close
up
RU
Fransız diplomatın ermənidən daha çox erməni olmaq dərdi

Fransız diplomatın ermənidən daha çox erməni olmaq dərdi

Icma.az, Tribuna saytına istinadən bildirir.

Ötən həftə Ermənistan İTV-yə müsahibə verən baş nazir Nikol Paşinyan bir sıra məsələlərə toxunub. Tribunainfo.az xəbər verir ki, həmin məsələlərdən biri də “Qərbi Ermənistan”la bağlı olub.
Paşinyan bu sözün qıcıq yaratdığını, işlədilməsinin zərərli olduğunu deməklə yanaşı, həm də bunu Azərbaycanın Qərbi Azərbaycan yanaşması ilə eyniyyət təşkil etdiyini söyləyib. Daha doğrusu, Azərbaycanın məkan olaraq tarixi torpaqlarımızı Qərbi Azərbaycan adlandırmasını dolayısı ilə haqlı hesab edib.
Qeyd edək ki, onun bu sözləri bir sıra narazılıqlara səbəb olub. Erməni müxalifəti Paşinyan Qərbi Azərbaycanla “Qərbi Ermənistan” anlayışlarını eyniləşdirməsini “türkə yarınmaq”, “erməni düşmənçiliyi” hesab edib.
Lakin işin ilginc tərəfi odur ki, Fransanın Ermənistandakı səfiri Olivier Decotigny özünü ermənidən daha çox erməni kimi göstərib. Belə ki, o, İranın Qərbi Azərbaycan əyalətinin (mərkəzi Urmiyə şəhəri) xəritəsini yayaraq, “Tək və yeganə” sözlərini işlədib. Bununla o, dünyada yalnız bir Qərbi Azərbaycan olduğunu və onun da İranda yerləşdiyini deməyə çalışıb.
Fransız səfir əslində savadsız bir diplomat olduğunu bununla nümayiş etdirib. Əvvəla Qərbi Azərbaycan dedikdə indiki Ermənistan ərazisinin bir hissəsi, daha doğrusu, Zəngəzur və Göycə nəzərədə tutulur. Bu, Azərbaycanın şimalında qurulmuş və müstəqil Azərbaycanın tarixi torpaqlarıdır. Bunu elə fransız yazıçı və səyyah Aleksandr Duma öz səyahətnaməsində yazıb. Düma bildirib ki, Zəngəzur və Göycədə yaşayan azərbaycanlılar Qafqazın abrogenləridir və onlar Azərbaycanın qərbində yerləşir.
Digər tərəfindən, İranda Qərbi Azərbaycan adlı ostanın mövcudluğu bizim ifadə etdiyimiz Qərbi Azərbaycan anlamı daşımır və daşıya da bilməz. Bu, bir növ Şimali və Cənubi Makedonaiya anlamındadır ki, onların bir biri ilə tarixi əlaqələri olsa da, biri müstəqil dövlət, digəri isə Yunanıstan ərazisidir. Yəni, Decotigny elementar coğrafi mənaları belə qavrayaca ağılda deyil.
Onun bisavad diplomat olmasının təsdiq edən bir başqa amil də odur ki, Ermənistanda oturub İranın bostanına daş atır. Heç bir diölomat belə siyasi səhvə yol vermir və verməz. Edərsə, bu, onun bisavadlığından, diplomatiyadan xəbərsiz olmasından və qərəzindən xəbər vermiş olar.
Fransız səfir Ermənistanı müdafiə etmək istədiyi halda, ermənidən daha çox erməni olmasını da nümayiş etdirib ki, bunun adı qərəzdir. Çünki ağlı başında olan bir diplomat müdafiə etdiyi tərəfdən daha çox müdafiə olunan tərəf ola bilməz.
Aydın məsələdir ki, fransızların Azərbaycana qarşı qərəzi və kini mövcuddur. Prezident İlham Əliyevin COP29-da çıxışı zamanı haqlı şəkildə, həmd faktlara əsasən Fransanı tənqd etməsi Parisin kin qusmasına gətirib çıxarıb. Arqumentli şəkildə cavab verə bilməyən (fakt qarşısında hansı arqument gətirə biləcəkdilər ki) Fransa, bu şəkildə gülməli vəziyyətə özünü salmaqda davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Noyabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri