Icma.az
close
up
RU
Fransız səfirin xilas planı: Paris erməni maraqlarının müdafiə sində aciz durumda

Fransız səfirin xilas planı: Paris erməni maraqlarının müdafiə sində aciz durumda

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransanın Ermənistandakı səfiri Olivye Dekottinyi növbəti dəfə Azərbaycanı hədəf alan, mövcud reallıqları təkzib edən fikirlər səsləndirib. Bakı Makron Fransasının sözçülərinin bu cür təxribat mahiyyəti daşıyan bəyanatlarına artıq çoxdan alışıb. Lakin səfirin erməni mətbuatına son açıqlamalarında diqqət çəkən bəzi məqamlar var ki, üstündə dayanmaq zərurəti yaranır.

Bu gün Makron Fransasının beynəlxalq səviyyədə tam bir isterika halında olduğu heç kimə sirr deyil. Emmanuelin rəhbərliyə başladığı ilk gündən Paris ciddi məğlubiyyətlər seriyasına start verib. Bu "yarış"da Paris bəlkə də reytinq siyahısında ilk yerdə dayanır. Makron isə israrla sözügedən rəqabətdə estafeti heç kimə təhvil verməməkdə inad göstərir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Makronun sözçüsünün etirafları

Fransız səfir özü də Parisin güclü Azərbaycan qarşısında aciz duruma düşdüyünü etiraf etmək məcburiyyətində qalıb. Məsələn, ölkəmizə qarşı bəşəri və hərbi cinayətlər törətməkdə ittiham olunan ermənilərin məhkəmə prosesi ilə bağlı suala cavab verən səfir deyir: "Bilirsiniz, Fransa məhz sizin qeyd etdiyiniz səbəblərə görə Bakı üçün ən nüfuzlu ölkə deyil. Fransa Ermənistanı dəstəkləyir və Azərbaycan bu yardıma çox kəskin reaksiya verir. Amma bir sıra ölkələr var ki, onların Azərbaycanla kifayət qədər sıx siyasi, hərbi və iqtisadi əlaqələri var və məncə, onlar faydalı ola bilər".

Fransanı BMT TŞ üzvlüyü də xilas etmir

Dekottinyi açıq şəkildə Makron Fransasının erməni maraqlarının "müdafiə"sində aciz duruma düşdüyünü, Azərbaycanın ali rəhbərliyinin diplomatik gedişləri, uzaqgörən siyasəti və dəmir iradəsi qarşısında əli-qolu bağlı qaldığını yazıq şəkildə bəyan edir. Topu başqalarına atmaqla bu acınacaqlı durumdan çıxmağa çalışır. Əslində səfirin bəyanatındakı son cümlə Makronun özünün itirilmiş nüfuzunun vurduğu zərbələrdən yayınmaq cəhdi kimi dəyərləndirilməlidir. Fransa prezidentinin Cənubi Qafqazda münaqişə ocaqlarını yenidən alovlandırmaq, bunun sayəsində mövqelərini yenidən bərpa etmək cəhdlərinin uğursuzluğu fransız səfirin fikirlərinin davamında bir daha öz təsdiqini tapır. Qarabağdan könüllü olaraq çıxıb gedən ermənilərlə bağlı sualın cavabında Dekottinyi bildirir: "Fransa bu müddət ərzində üç dəfə tələblər irəli sürərək, BMT Təhlükəsizlik Şurasında müzakirələr aparmağa nail olub, lakin beynəlxalq ictimaiyyətin reaksiyası adekvat olmayıb".

Göründüyü kimi, Azərbaycanın haqq işinin uğursuzluqla nəticələnməsi üçün əlindəki bütün rıçaqlardan istifadə edən Parisi hətta BMT TŞ-nin daimi üzvü olması da acı məğlubiyyətdən xilas edə bilməyib. Çünki Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ədalətin, haqqın zəfəri idi.

Parisin "U" dönüşləri

Makronun beynəlxalq siyasətdə qəfil "U" dönüşləri artıq onun ciddi siyasətçi kimi qəbulu imkanlarını da sıfırlayıb. Ukrayna böhranın həlli ilə bağlı Vaşinqton-Moskva danışıqlarında bir anda gəmidən atıldığını görən Fransa prezidenti özü də bilir ki, rəhbəri olduğu ölkəni hansı vəziyyətə gətirib. Parisdə avropalı siyasətçiləri bir araya toplayaraq öncə ABŞ Prezidenti Donald Trampa ultimatum göndərir, üstündən iki gün keçməmiş Vaşinqtona qaçaraq Ağ ev rəhbəri ilə danışıqlar aparmağa cəhd edir. Trampın görüş zamanı Makrona hansı münasibəti sərgilədiyini də bütün dünya görmüş oldu.

Səfirdən Qarabağ etirafı

Haşiyədən kənara çıxaraq bu detalı xatırlatmaqda başlıca məqsədimiz əslində Fransa prezidentinin can bir qəlbdə olduğu Ermənistan siyasi isteblişmentində də eyni vəziyyətlə üzləşməsi ilə bağlıdır. Fransız səfirin Dağlıq Qarabağın Azərbaycan ərazisi olması ilə bağlı bəyanatı İrəvanda Makrona qarşı etiraz dalğası yaradıb. Səfir bildirir ki, münaqişə illərində Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən "müstəqil dövlət" kimi tanınmayıb. Hətta İrəvan Almatı bəyannaməsini imzalamaqla Qarabağın Azərbaycan ərazisi olduğunu illər öncə tanıyıb və etiraf edib. Əslində fransız diplomatın bu bəyanatı ilk baxışda Bakının maraqları baxımından uyğun görünür. Lakin Fransanın son illərdə atdığı addımlar unudulmayıb.

Erməni siyasətçilər Makronu hədəfə alıblar

O zaman sual olunur: səfir niyə qəfil belə bir bəyanatla çıxış edir? Səbəb Parisdən aldığı birbaşa direktivdir. Fransa prezidenti Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında təzyiq imkanlarının, manevr qabiliyyətinin getdikcə əldən çıxdığını anlayır. Bu səbəbdən, bir gecədə Ukrayna gəmisindən dənizə atıldığı kimi, Cənubi Qafqazda da eyni vəziyyətlə üzləşməmək məqsədi ilə saman çöpü rolunu oynayan Ermənistanı əldən vermək istəmir. Erməni cəmiyyəti də bilir ki, son dörd ildə aparılan danışıqlarda yekun sülhün əldə edilməməsi, hər dəfə yaranan şansların üstündən xətt çəkilməsi məhz Makron Fransasının əməlidir. Artıq erməni siyasətçilər də mövcud vəziyyətə görə məhz Makronu hədəf alıblar. Fransız səfir isə bu bəyanatı ilə prezidentinin əlində qalanları saxlamağa çalışır.

Reallıq ondan ibarətdir ki, lövbər qalxıb. Sülh gəmisinin kapitanı rəsmi Bakıdır. Bölgəmizdəki proseslərin axarına da, istiqamətinə də Azərbaycanın ali rəhbərliyi qərar verir. Makronun isə yeganə çıxış yolu məğlubiyyətini etiraf etmək, bu reallıqla barışmaq və Cənubi Qafqaz gəmisindən də birdəfəlik atılmamaq üçün Azərbaycanın maraqları ilə hesablaşmaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:292
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Mart 2025 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri