Icma.az
close
up
RU
Fransızlar nə düşünür: Sahibkar prezident ola bilərmi?

Fransızlar nə düşünür: Sahibkar prezident ola bilərmi?

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paris, 3 fevral, AZƏRTAC

Fransada siyasi müzakirələr getdikcə daha çox sahibkarlar, şirkət rəhbərləri və işəgötürən təşkilatları ətrafında cəmlənir. Ardıcıl hökumətlərə qarşı artan inamsızlıq fonunda fransızların əhəmiyyətli bir hissəsi hesab edir ki, patron - yəni biznes rəhbəri - ölkəni daha yaxşı idarə edə bilər. Sorğuya əsasən, respondentlərin 58 faizi sahibkarın respublika prezidenti kimi daha uğurlu ola biləcəyini düşünür.

AZƏRTAC xəbər verir ki, Fransada alıcılıq qabiliyyəti, məşğulluq və iqtisadi artım kimi mövzular seçicilər üçün əsas prioritetlər olaraq qalır. 2027-ci il prezident seçkiləri yaxınlaşdıqca, Emmanuel Makrondan sonra Yelisey sarayında bir sahibkarı görmək istəyənlərin sayı diqqət çəkir. Fransanın siyasi sorğu və marketinq araşdırmaları şirkəti “OpinionWay” tərəfindən Siyasi İnnovasiya Fondu (Fondapol) və “La Tribune dimanche” qəzeti üçün aparılan sorğu göstərir ki, fransızların 58 faizi sahibkarın yaxşı prezident ola biləcəyinə inanır.

Bu yanaşmanın arxasında güclü iqtisadi arqumentlər dayanır. Respondentlərin 74 faizi hesab edir ki, iqtisadi artım və yeni iş yerlərinin yaradılması baxımından ən bacarıqlı aktorlar məhz sahibkarlardır. Eyni zamanda, fransızların 75 faizi ölkədəki şirkətlərin Avropanın digər dövlətləri ilə müqayisədə daha çox vergiyə cəlb olunduğunu düşünür.

Sorğu nəticələri sahibkarlara olan etimadın hökumətə qarşı inamsızlıqla birbaşa əlaqəli olduğunu da göstərir. Respondentlərin 69 faizi hesab edir ki, son hökumətlər sahibkarların üzləşdiyi real problemləri kifayət qədər anlamırlar. Bu mövqe Fransada siyasi idarəetmə ilə iqtisadi reallıqlar arasında getdikcə dərinləşən uçurumu əks etdirir.

Son illərdə biznes dünyasının tanınmış simaları ictimai debatlarda daha fəal iştirak etməyə başlayıblar. Eyni zamanda, Fransanın əsas işəgötürən təşkilatı olan “Medef”in rolu daha da güclənib. Təşkilat nümayəndələri müntəzəm olaraq baş nazir tərəfindən qəbul edilir, büdcə və digər əsas mövzularla bağlı həm hökumətlə, həm də media vasitəsilə müzakirələr aparırlar.

Bütün bunlar bir sualı daha da aktuallaşdırır: Fransada gələcəkdə siyasi liderlik ənənəvi siyasətçilərdən biznes dünyasının nümayəndələrinə keçə bilərmi? Sorğu nəticələri göstərir ki, bu fikir artıq cəmiyyətin böyük bir hissəsi üçün ciddi şəkildə müzakirə olunan alternativə çevrilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2026 00:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see376

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see244

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see236

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see230

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see220

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see218

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see207

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see196

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see195

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see193

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see192

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see191

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see190

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see188

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see188

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see185

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see184

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see182

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see178

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri