Kiberhücumçular qlobal veb saytlara zərərli kod yeridiblər
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 17 noyabr, AZƏRTAC
Kibertəhlükəsizlik üzrə tədqiqatçılar kiberhücumçuların kriptovalyuta və kredit kartı məlumatlarını oğurlamaq məqsədilə dünyanın ən çox ziyarət edilən veb-saytlarından bəzilərini manipulyasiya etdiklərini bildiriblər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, təhlükəsizlik tədqiqatçısı Skott Helmenin sözlərinə görə, “JavaScript” dilində yazılmış zərərli kod kriptovalyuta aktivlərini və kart məlumatlarını oğurlamaq, eləcə də cihazlara viruslar quraşdırmaq üçün istifadə edilib. O qeyd edib ki, kod “Optimizely” rəqəmsal optimallaşdırma platforması vasitəsilə müxtəlif sektorlardan 178 şirkətin veb-saytlarına daxil edilib.
Təsirə məruz qalan təşkilatlar arasında IKEA, “Salesforce”, “Equifax”, BBC və CNN, eləcə də “Zoom”, “GitLab”, HSBC, “Air France-KLM”, “Ledger”, “Peacock” kimi aparıcı platformalar var.
Kibertəhlükəsizlik şirkəti “HudsonRock” da zərərli kodun bu metoddan istifadə edilərək yayıldığını təsdiqləyib, lakin hücumdan təsirlənən istifadəçilərin dəqiq sayı hələlik məlum deyil.
Qeyd olunur ki, “iPhone” və “iPad” cihazları da hədəfə alınıb. Çoxməqsədli zərərli proqram vasitəsilə istifadəçilərin kriptovalyuta cüzdan ünvanları hücumçuların ünvanları ilə əvəz edilir, kart məlumatları kopyalanaraq brauzer kukilərini və ekran görüntülərini oğurlamaq üçün istifadə olunur.
Həmçinin proqram təminatının “Coruna” və “DarkSword” adlı iOS istismar dəstlərini “Apple iPhone” və “iPad” cihazlarına göndərdiyi müəyyən edilib. Hücumçuların hesablarına təsdiqlənmiş köçürmələr kriptovalyuta oğurluğunun artıq baş verdiyini ortaya qoyub.
“Optimizely” infrastrukturundan istifadə edən müştəri layihələrinin idarəetmə panelindəki gizli kod sahəsinə (“JavaScript”) yerləşdirilən zərərli proqramın faylın qalan hissəsi toxunulmadığı üçün diqqətdən kənarda qaldığı məlum olub. Qeyd edilib ki, kod hədəf aldığı saytların “firewall”larını keçə bildiyi üçün “Optimizely”nin etibarlı domen adı və sertifikatı istifadə edilərək təqdim olunub.
Ekspertlər vurğulayıblar ki, “Optimizely” kiberhücumçuların çoxsaylı müstəqil müştəri layihələrinə necə giriş əldə etdiklərini izah etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 17 Noyabr 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















