Fransızlar Zəngəzurda tunel inşa edəcək
Icma.az bildirir, Modern.az portalına istinadən.
Ermənistan və Fransa arasında nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş yeni razılaşma əldə olunub.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.
O qeyd edib ki, mayın 5-də Fransanın lideri Emanuel Makronun dövlət səfəri çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Bu sənədlər arasında “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm hissəsi hesab olunan Bərgüşad tunelinin tikintisinə dair saziş də yer alıb.
Onun sözlərinə görə, layihə Ermənistanın tranzit imkanlarının genişləndirilməsi və regionda nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Qeyd edək ki, Bərgüşad tuneli Zəngəzur silsiləsində yerləşir və Qərbi Zəngəzurun Qacaran, Qafan və Sisian rayonlarının ərazisini əhatə edir.
Baxış sayı:130
Bu xəbər 05 May 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















