Icma.az
close
up
RU
Fred Asif dedi ki, siz cəbhədə yox, futbol meydanında döyüşün bizim üçün Milli Qəhrəmanın Qarabağ ın futbolçularına məsləhəti

Fred Asif dedi ki, siz cəbhədə yox, futbol meydanında döyüşün bizim üçün Milli Qəhrəmanın Qarabağ ın futbolçularına məsləhəti

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə futbolunda mövcud olan problemlərdən biri də, bacarıqlı gənclərin karyerasının ən yaxşı çağında həqiqi hərbi xidmətə yollanması və bununla da futbola vaxtından əvvəl vida etməsidir. Son zamanlar bu məsələ ilə bağlı çox müzakirələr aparılır. Xüsusən də, ötən ildən fəaliyyətini bərpa edən "Dinamo" klubunda futbolçuların həqiqi hərbi xidmətlərini keçməsi istiqamətində işlər aparılır. 

Təbii ki, vətəni qorumaq hər bir vətəndaşın borcudur. Amma futbolçu həm də futbol oynamalıdır ki, peşəsindən uzaq düşməsin. Bununla bağlı I Qarabağ müharibəsi zamanı maraqlı hadisə yaşanıb. "Qarabağ"ın veteran futbolçusu Səttar Əliyev baş verənləri belə xatırlayır: 

"Milli Qəhrəman Fred Asifin batalyonu Ağdamda stadionun ərazisində yerləşmişdi. Biz futbolçular da, tez-tez onların yanına gedirdik, söhbət edirdik. Hətta elə olurdu ki, onlar oyunumuza gələ bilməyəndə, biz Şelli və digər postlara yollanıb əsgərlərlə görüşüb, bir növ mənəvi dəstəyimizi nümayiş etdirməyə çalışırdıq. 

Sonra elə bir vəziyyət yarandı ki, bir neçə futbolçu qərara gəldik ki, orduya qoşulaq, biz də döyüşək. Bu niyyətlə rəhmətlik Fred Asifin yanına getdik. Onunla danışanda dedik ki, dost-tanış, qohum-əqrəba hamı döyüşür, biz isə futbol oynayırıq. Hamının rayonu qorumaq üçün silaha sarıldığı bir vaxtda kənarda qalmağın bizə ağır gəldiyini dedik. 

Fred Asif bizi diqqətli dinləyib cavab verdi ki, əgər lap zəruri olarsa, bizi də cəbhəyə çağıracaqlar. Lakin indiki halda bizim futbol oynamağımızın vacib olduğunu söylədi. Fred Asif dedi ki, siz cəbhədə yox, futbol meydanında döyüşün bizim üçün. Fikrini belə tamamladı ki, ehtiyac olanda, lap 10 min əsgər tapmaq mümkün olar, amma bizim yerimizə "Qarabağ"a 11 futbolçu cəlb eləmək müşkül məsələyə çevrilər".

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sportal.az
archiveBu xəbər 16 Aprel 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see253

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see240

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see198

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see186

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see175

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see163

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see147

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see133

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see132

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see129

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see128

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see124

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see122

Bakıda “Azerbaijan Fashion Week”in 19 cu mövsümü keçirilib

10 Dekabr 2025 07:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri