Fridrix Merts ABŞ də hoteldə çəhrayı yataqlı otağa yerləşdirildi
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-də səfərdə olan Almaniyanın Kansleri Fridrix Mertsin gecələməsi üçün ayrılan otaq mətbuat işçilərinin diqqətindən yayınmayıb.
Oxu.Az bu barədə "Bild" nəşrinə istinadən məlumat yayıb.
Belə ki, Fridrix Merts Vaşinqtondakı "Blair House" hotelində bir vaxtlar şahzadə Diana və Jaklin Kennedinin qaldıqları çəhrayı yataqlı otaqda yerləşib.
Qeyd edək ki, Kansler vəzifəsində ABŞ-yə ilk səfəri çərçivəsində F.Merts iyunun 5-də Ağ Evdə Birləşmiş Ştatların Prezidenti Donald Tramp ilə görüşəcək. Sonra birgə nahar və mətbuat nümayəndələri üçün brifinq nəzərdə tutulub.
Görüşdə iki ölkə arasındakı münasibətlər, NATO və Avropanın təhlükəsizliyi, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət və gömrük tarifləri kimi beynəlxalq məsələlər müzakirə ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 05 İyun 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















