F.Şəfiyev: Ölkəmizin yaratdığı yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən tam şəkildə qəbul olunur
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 25 dekabr, AZƏRTAC
Cari ildə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, eləcə də ATƏT-in Minsk Prosesi və əlaqədar strukturların bağlanması ölkəmizin təşəbbüsü ilə başlanmış sülh prosesinin məntiqli və uğurlu nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan praqmatik, proaktiv, çoxvektorlu və əməkdaşlıqyönümlü siyasəti sayəsində beynəlxalq arenada mövqelərini daha da gücləndirib.
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev AZƏRTAC-a məxsusi müsahibəsində bildirib.
BMTM-nin sədri qeyd edib ki, ölkəmizin yaratdığı yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən tam şəkildə qəbul olunur. Artıq ABŞ ilə ikitərəfli münasibətlərdə yeni mərhələ başlayıb. Avropa İttifaqı ilə münasibətlərdə də qarşı tərəfdən qaynaqlanan bəzi mənfi məqamlar istisna olmaqla, ümumi dinamika müsbət istiqamətdə inkişaf edir. Mərkəzi Asiya ölkələri ilə tarixi bağlarımız müxtəlif institutlar çərçivəsində möhkəmləndirilir. Məlum olduğu kimi, bu ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan tamhüquqlu üzv kimi qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 25 Dekabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















