FTB Discord ilə Kirkin ehtimal olunan qatilinin radikal fikirləri arasında əlaqələri araşdırır
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Federal Təhqiqat Bürosu (FTB) sağçı aktivist Çarli Kirkin qətlində şübhəli bilinən Tayler Ceyms Robinsonun radikal baxışlarının formalaşmasında "Discord" platformasının rolunu ciddi şəkildə araşdırır.
Oxu.Az-ın "Fox News" telekanalına istinadən məlumatına görə, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens açıqlama verib.
"FTB bu məsələni hərtərəfli araşdırır. Bu vəziyyətdə bir çox qəribə məqamlar var. Məsələn, "Discord" rəhbəri (Robinsonun) iştirak etdiyi söhbətlərin platformada olmadığını bildirmişdi, lakin sonradan məlum oldu ki, belə söhbətlər mövcud imiş. Hər şeyi araşdırmaq, hər daşın altına baxmaq lazımdır", - deyə o bildirib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsi sentyabrın 17-də "Twitch" və "Steam" xidmətlərinin, həmçinin "Discord" və "Reddit" platformalarının rəhbərlərini oktyabrın 8-də internetdə radikal ideyaların yayılması ilə bağlı dinləmələrə dəvət edib.


