FTBnin ən çox axtarılanlar siyahısında idi : 20 ildən sonra tutuldu FOTO
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Federal Təhqiqat Bürosu (FTB) 'ən çox axtarılanlar' siyahısında olan şəxsi yaxalayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Daniel Andreas San Dieqonun 20 ildən sonra İngiltərənin Uels bölgəsində ələ keçirildiyi açıqlanıb. Dieqo 2003-cü ildə San-Fransisko bölgəsində üç ayrı partlayışa görə axtarışda olub.
Daniel Andreas San Dieqo 2003-cü ilin avqustunda Kaliforniya ştatının Emeryville şəhərində biotexnologiya şirkətinin kampusunda təxminən bir saat fərqlə iki bomba partlatdığı üçün axtarışda idi. Dieqo həmçinin 2003-cü ilin sentyabrında Kaliforniya ştatının Pleasanton şəhərində qida məhsulları şirkətində mismarlarla bərkidilmiş bombanın partlatılmasına görə məsuliyyət daşıyırdı.
FTB Dieqonun başına 250 min dollar mükafat qoyub və onun adını ən çox axtarılanlar siyahısına əlavə edib.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 28 Noyabr 2024 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















