FTX Ukrayna üçün məlumat toplayan dörd nəfəri saxladı
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanları üçün işləyən və xüsusi hərbi əməliyyatın iştirakçıları barədə məlumat toplayan üç Rusiya vətəndaşını və bir əcnəbini saxlayıb.
Bizim.Media “RIA Novosti” agentliyinə istinadən xəbər verir ki, saxlanılma Maykop, Omsk və Donetsk şəhərlərində həyata keçirilib.
FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, saxlanılan şəxslər Ukrayna tərəfdən verilən tapşırıqlar əsasında xüsusi hərbi əməliyyatda iştirak edən rusiyalı hərbçilər, müdafiə sənayesi kompleksi və yanacaq-energetika kompleksi obyektləri haqqında məlumat toplayıblar. Bu məlumatların gələcəkdə təxribat-terror aktlarının törədilməsi üçün istifadə edilməsi nəzərdə tutulub.
Qurumun bildirdiyinə görə, onlar internetdə terror xarakterli cinayətlər törətməyə çağıran materiallar da yayıblar.
FTX qeyd edib ki, saxlanılan şəxslərin qanunsuz fəaliyyəti messencer vasitəsilə əlaqələndirilib. Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıq müqabilində onlara böyük məbləğdə pul mükafatı və Avropa İttifaqı ərazisinə çıxarılma vəd edilib.
Donetskdə saxlanılan şəxsdən istifadəyə hazır kustar üsulla hazırlanmış partlayıcı qurğu və əl qumbarası götürülüb.
Saxlanılan şəxslər barəsində terror aktına hazırlıq, düşmənə Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə kömək göstərmə, dövlətə xəyanət, təxribat hazırlığı, partlayıcı maddələrin və qurğuların qanunsuz saxlanılması, eləcə də terror fəaliyyətinə açıq çağırışlarla bağlı cinayət işləri açılıb.
Onların barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media
Baxış sayı:53
Bu xəbər 12 Noyabr 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















