Fuad Ağayev Avropa çempionatına təyinat aldı
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Azərbaycan Voleybol Federasiyasının beynəlxalq dərəcəli hakimi Fuad Ağayev qadın voleybolçuların Avropa çempionatının A qrupunun oyunlarında iştirak edəcək.
Moderator.az xəbər verir ki, həmyerlimiz 21-28 avqust tarixlərində İstanbulda baş tutacaq bu qrupun qarşılaşmalarında həm əsas hakim, həm də ikinci hakim kimi meydana çıxacaq.
Xatırladaq ki, Avropa çempionatı Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək. Azərbaycanda C qrupunun oyunları təşkil olunacaq.
Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaq. Bakıdakı qarşılaşmalar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında oynanılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 21 Avqust 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















