Icma.az
close
up
RU
Fuad Ələsgərov hardadır? KONKRET

Fuad Ələsgərov hardadır? KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov uzun müddətdir ictimaiyyət arasında görünmür. Onun səhhətində ciddi problemlər olduğu, bir müddət əvvəl əməliyyat keçirdiyi barədə məlumatlar var. Prezidentin köməkçisi son bir il ərzində hüquq-mühafizə orqanlarında keçirilən mühüm tədbirlərdə də iştirak etmir.

KONKRET.az Azpolitika.info-ya istinadən xəbər verir ki, F.Ələsgərov sonuncu dəfə ictimaiyyət arasında 2023-cü il aprelin 4-də görünüb. O, Prezident Aparatının (PA) rəhbəri Samir Nuriyevlə birlikdə Ali Məhkəməyə yeni sədr təyin edilmiş İnam Kərimovun kollektivə təqdim edilməsi mərasimində iştirak edib.

Bir qayda olaraq hüquq-mühafizə orqanlarında yüksək vəzifələrə təyinatlar aparılarkən yeni kadrların kollektivə təqdim olunması F.Ələsgərov tərəfindən həyata keçirilib. Məsələn, o, 01.05.2020-ci il tarixində yenə PA rəhbəri Samir Nuriyevlə birlikdə Baş prokuror Kamran Əliyevi prokurorluq orqanlarının rəhbərliyinə təqdim edib.

Amma ötən il fevralın 8-də Ədliyyə naziri Fərid Əhmədovun kollektivə təqdimatında Fuad Əlsəgərov iştirak etməyib, yeni nazir PA rəhbəri Samir Nuriyev tərəfindən ədliyyənin rəhbər heyətinə təqdim olunub.

Bundan başqa, PA şöbə müdiri 2021-ci ildən etibarən Daxili İşlər Nazirliyinin Kollegiya iclaslarına da qatılmır. Sonuncu dəfə o, 5 il əvvəl kollegiya iclasının sədarətində olub. Sonrakı illərdə keçirilən toplantılardan çəkilmiş fotoşəkillərdə kollegiyanın nazir, general-polkovnik Vilayət Eyvazov tərəfindən müavinlərinin iştirakı ilə aparıldığı görünür.

Fuad Ələsgərov uzun illərdir PA-nın hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsindədir. 2019-cu ildə Ramiz Mehdiyevin PA rəhbərliyindən uzaqlaşdırılmasından sonra qurum yenidən təşkil olunub. Bu dəfə F.Ələsgərov nəinki postunu qoruyub, 29 noyabr 2019-cu ildə Prezident, şöbə müdiri vəzifəsi saxlanılmaqla onu həm də özünə köməkçi təyin edib. O, hüquq-mühafizə orqanlarının fəaliyyətinə ümumi nəzarəti həyata keçirib. Bu fakt Ələsgərovun uzun illərə dayanan fəaliyyətinin dövlət başçısı tərəfindən yüksək qiymətləndirildiyini, etimadı doğrultduğunu göstərir.

Yaxın tarixdə baş verən hadisələr göstərir ki, hakimiyyət olimpində mühüm postlar tutmuş “köhnə qvardiya” nümayəndələrinin heç də hamısı ölkə başçısının etimadını qazana bilməyib. Onlardan Ramiz Mehdiyevin, Əli Həsənovun, Əbülfəs Qarayevin, Elmar Məmmədyarovun və başqalarının aqibətini misal gətirmək olar. Onlar və adları çəkilməyən bir çox məmurlar sadəcə, vəzifədən çıxarılmayıb, həm də hakim komandadan qovulublar. Bu zaman onların vaxtı ilə göstərdiyi xidmətlər də nəzərə alınmayıb. Görünür, günahları, yaratdıqları problemlər xidmətləri ilə müqayisədə ağır gəlib və nəticədə vəzifələrindən normal şəkildə ayrıla bilməyiblər…

Ancaq belə görünür ki, Fuad Ələsəgərovun hakimiyyət daxilində vaxtı ilə mövcud olan qruplaşmalarda iştirak etməməsi və qoyulan vəzifələrin öhdəsindən gəlməsi onun hakimiyyət olimpində formal da olsa, hələ də qalmasının əsas səbəbləridir. Amma böyük ehtimalla, bu vəziyyət uzun müddət davam etməyəcək. F.Ələsgərovun çox mühüm postu bu formada “məşğul etməsi” illərlə davam edə bilməz…

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Mart 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see535

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see451

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see358

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see341

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see300

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see291

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see291

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see243

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see237

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see224

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see219

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see218

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see217

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see216

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see215

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see211

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see205

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see187

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see187

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri