Icma.az
close
up
RU
Fuad Nağıyevin qayınanasının təşkilatı bağlandı

Fuad Nağıyevin qayınanasının təşkilatı bağlandı

Manset saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Transparency İnternational” təşkilatının Azərbaycan bölməsi qismində çıxış edən “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi fəaliyyətini dayandırır.

Manset.az APA-ya istinadən xəbər verir ki, təşkilatın təsisçiləri onun ləğv edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etməyə hazırlaşırlar.

“Şəffaflıq Azərbaycan” nədir?

“Şəffaflıq Azərbaycan” təşkilatı 2000-ci ilin oktyabr ayında təsis olunub. Tam səlahiyyətli yerli bölmə kimi 2001-ci ilin oktyabrında “Transparency İnternational” təşkilatı tərəfindən akkreditasiya olunub, 2006-cı ilin avqust ayında isə yenidən akkreditasiyadan keçib. Təşkilat öz missiyasını “Azərbaycanda korrupsiyanın səbəblərini, formalarını və bu təhlükəli ictimai fenomenin azaldılması yollarını araşdırmaq” kimi təqdim edib.

Təşkilatın təsisçilərindən biri Rəna Səfərəliyevadır. Rəna Səfərəliyeva 2019-cu ilə qədər həm də təşkilatın icraçı direktoru olub. O, hazırda təşkilatın İdarə Heyətinin üzvüdür. Maraqlıdır ki, Rəna Səfərəliyevanın adı həm də “Şəffaflıq Azərbaycan” təşkilatının İdarə Heyəti yanında Təsisçilər Şurasının üzvü və müstəqil ekspert kimi qeyd olunub.

“Transparency İnternational”ın Azərbaycana qarşı qərəzi

“Şəffaflıq Azərbaycan” təşkilatının akreditasiyası olan “Transparency İnternational” təşkilatı mütəmadi olaraq yaydığı hesabatlarda Azərbaycanla bağlı qərəzli, hərtərəfli araşdırılmayan və hökumətin mövqeyinin əksini tapmadığı mövqe nümayiş etdirilib. Azərbaycan hökumətinin dəfələrlə belə hesabatların qərəzli olması ilə bağlı verdiyi açıqlamalar da bu təşkilatın Azərbaycanla bağlı fəaliyyətində dönüş yaratmayıb.

“Transparency İnernational” sonuncu hesabatında da Azərbaycana qarşı qərəzli məlumatlara yer verib. Maraqlıdır, hesabatda yalnız ümumi ifadələrdən istifadə olunub, heç bir iddia faktla əsaslandırılmayıb.

Rəna Səfərəliyeva kimdir?

Rəna Səfərəliyevanın adı son günlər Dövlət Turizm Agentliyi ilə bağlı qalmaqalda çəkilir.

O, dünən Prezident İlham Əliyevin sərəncamı ilə şiddətli töhmət verilmiş Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin qayınanasıdır.

Məlumata görə, Fuad Nağıyevin ətrafı davamlı olaraq xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər.

***

Beynəlxalq Şəffaflıq Təşkilatının milli bölməsi statusuna malik “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB-in Ümumi Yığıncağı ictimai birliyin ləğvi haqqında qərar qəbul edib.

Ümumi Yığıncağın qərarı ilə Ləğvetmə komissiyası (təsviyəçi) təyin edilib. Bu barədə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB-nin İcraçı direktoru Əliməmməd Nuriyev məlumat verib.

Onun sözlərinə görə, QHT-nin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün Ləğvetmə komissiyası (təsviyəçi) müvafiq qaydada Ədliyyə Nazirliyinə müraciət edəcək. Daha sonra Ləğvetmə komissiyası (təsviyəçi) qanunvericliyə uyğun olaraq zəruri prosedurları həyata keçirəcək.

Bu qərar haqqında bütün yerli və beynəlxalq tərəfdaşlar məlumatlandırılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:329
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 05 Mart 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri