Icma.az
close
up
RU
Fuad Qəhrəmanlının DTX yə cavabı: Video necə çəkilib?

Fuad Qəhrəmanlının DTX yə cavabı: Video necə çəkilib?

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Məlumunuz olduğu kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidməti “Ramiz Mehdiyev işi” ilə bağlı geniş açıqlama və videogörüntülər yayıb və bəzi mühüm məsələlərə aydınlıq gətirib. Bu görüntülərdə etirafları ilə əks olunanlardan biri də AXC üzvü Fuad Qəhrəmanlıdır.

Fuad Qəhrəmanlı iki vəziyyətdə diqqət çəkib:

1. 2020-ci il iyun hadisələri barədə DTX-də ifadə verərkən;

2. Pul qəbul edərkən...

Fuad Qəhrəmanlı dərhal, anında, heç düşünmədən bu məsələlərlə bağlı açıqlama yayıb, öz sosial şəbəkə hesabında paylaşım edib.

Fuad Qəhrəmanlı DTX-nin yaydığı görüntülər barədə paylaşımına “Aydınlaşdırma” adını verib. Çox təəssüf ki, tələsdiyindən, xeyli açıq suallar buraxıb. Siyasətçidir, gərək düşünəydi...

F.Qəhrəmanlı yazır (sitatda üslub və texniki xətaları düzəldirik): “DTX tərəfindən yayılan videoda mənimlə bağlı da kadr var. Xatırladım ki, 2019-cu ildə həbs olunarkən ağır işgəncələrə məruz qalmışdım və hətta ölüm xəbərim də yayılmışdı. Məni suda boğaraq, cinsiyyət orqanımı sıxaraq və bir neçə nəfərin iştirakı ilə elə ağır isgəncə verdilər ki, huşumu itirməli oldum. Huşum özümə gələndə gördüm ki, döşəmə silmək üçün istifadə edilən vedrədəki suyu üstümə töküb təpikləyə-təpikləyə ayıldırlar”.

1. Söhbət 2020-ci ilin 14 iyun mitinqindən gedir, Fuad Qəhrəmanlı “2019-cu il həbsi” deyərkən, çox tələsib.

2. “Döşəmə silmək üçün istifadə edilən vedrə” dedikdə, konkret nə nəzərdə tutur? Yəni çirkli su, yoxsa vedrənin növləri?

Burda suyun təmiz-çirkli olması müzakirə edilə bilər, vedrənin növü yox.

Davam edir: “Bu vaxt iri cüssəli biri mənə yaxınlaşıb həkim olduğunu bildirdi və mənə nə olduğunu bilmədiyim iki iynə vurdu. Ondan sonra olanları dəqiq xatırlamıram, bir o yadıma gəlir ki, qarşıma iri hərflərlə yazılı kağız tutub onları oxumağımı istədilər, əks təqdirdə qapının yanında durmuş və cinsiyyət orqanını çıxarıb göstərən iki idmançı cüssəli səxs tərəfindən zorlanacağımı bildirdilər. Sonra iri kağızda yazılan mətni bir nəfər kənarda tutub oxumağımı istədi. Mən də zorlanma təhdidi altında və vurulan iynələrin təsiri ilə o zaman məzmununu anlamadığım və məzmununu sonradan xatırlamadıgım mətni oxudum”.

1. İynə vurulub, heç nə xatırlamır, ancaq yadına gəlir ki, iki idmançı cüssəli şəxs “cinsiyyət orqanını çıxarıb göstərir”, zorlayacaqlarını deyirlər, üstəlik, iri hərflərlə mətn yazılıb, bir nəfər kənarda bu mətni tutub.

Yəni bütün təfsilat xatırlanır, yalnız lənətə gəlmiş o mətndən başqa. Adam mətnə baxan kimi iynənin təsiri özünü göstərir, yaddaş gedir, amma gözünü mətndən çəkən kimi “hopp”, hazır, yaddaş qayıtdı...

Bir də: Zorlanacağını deyirlərsə, bundan ötrü niyə qapının qabağında durub, onu da göstərirlər?

2. Bir az konkretləşdirək: iynənin təsiri ilə o mətni oxuyur, yoxsa zorlanma təhdidi altında?

Əgər zorlanma təhdidi ilə olubsa, onda o iynə yəqin ağrıkəsici imiş - əks halda “iynə” onsuz da öz işini görəcəkdi, daha niyə zorlama təhdidi də olsun?

3. Zorlama təhdidi və iynənin təsiri altında “sonradan məzmununu xatırlamadığı” mətni oxumaq elə olmur axı!

Videoya diqqətlə baxın, Fuad bəy: siz gözünüzü bir nöqtəyə (kamera arxasındakı mətnə) tutub, höccələyə-höccələyə və yaxud “məzmundan xəbərsiz mətn” oxuyan təsiri bağışlamırsınız; nəzərlərinizi “mətndən” yayındıraraq, vaxtaşırı müstəntiqə çevrilərək, sürətlə və bədahətən ifadə verirsiniz! Siz sidq ürəklə istintaqla əməkdaşlıq edirsiniz və bu zaman sizin siyasətçi kimi peşəkar nitq qabiliyyətiniz çox aydın görünür. Çünki iynə vurulan şəxs o cür danışmaz, mətn oxuyan şəxs də o cür dolğun, çevik olmaz.

Baxın, öz videonuza bir daha göz atın:

F.Qəhrəmanlı pul alması məsələsinə də aydınlıq gətirir və yazır: “2010-cu ildə Həsən Kərimov xəstə olarkən onun icra başçısı işlədiyi dövrdə özünə müəyyən maddi imkanlar əldə etmiş bir şəxsin istəyi ilə o adamla görüşmüşəm. O da görüsdə xahiş etdi ki, bu pulu da Türkiyədə müalicəsi üçün ona çatdırım. İndi onu da gizlincə çəkib yayıblar. Mən də görüşdən sonra o pulu necə varsa, aparıb Həsən bəyə təqdim etmişəm və o adamın onun haqqında yüksək fikirlərini və salamlarını da çatdırmışam. Həsən bəy də o pulla Türkiyədə müalicəyə getdi sonradan. Sonra da o adamın istəyi ilə onunla bir neçə dəfə görüşmüşük və o da mənə üst-üstə iki min dollar pul verib. Bununla o adam mənə yaddım etdiyini deyib, indi bəlli olur ki, əslində bunlar çəkilis üçün imiş”.

1. H.Kərimovun icra başçısı olarkən maddi imkanlar əldə edən şəxs niyə məhz sizin vasitənizlə ona yardım etmək qərarına gəlir?

2. Niyə yalnız və yalnız eyni məkanda ardıcıl görüşürsünüz?

3. Sizə üst-üstə 2 min dollar verib, bəs, Həsən Kərimova?

4. Sizə pulu çəkiliş üçün verən şəxsin adını niyə gizli saxlayırsınız ki? Ad çəkin, ifşa edin, axı, o, sizi ifşa etdi!

5. İnciməyin, amma sizin təxəyyülünüz Təzəxan Mirələmliyə çatmaz. Məsələn, Təzəxan Mirələmli bu hadisə haqda görün nə yazır: “Fuad Qəhrəmanlının kimdənsə pul alması görüntüsünün yaradılması isə manipulyasiyadan başqa bir şey deyil. Məsələn, onun bir nəfərlə birgə iş görmək planları olub, lakin iş alınmayıb və şəriki verdiyi pulu qaytarmaqda çətinlik çəkib. Fuad məcbur qalıb daxili işlər orqanlarına müraciət edib və bundan sonra iş qurmaq üçün verdiyi məbləğ ona geri qaytarılıb. Həmin pulun mənbəyini isə hökumət özü çox yaxşı bilir: bu, Avropa Məhkəməsinin qərarı əsasında hökumətin ödədiyi kompensasiya idi. Bundan başqa, həmin dövrdə Fuad Qəhrəmanlı iki dəfə notarial qaydada alqı-satqı əməliyyatı da aparıb. Görüntülər elə bu əməliyyatlardan da götürülə bilər”.

T.Mirələmli F.Qəhrəmanlıdan tam 2 saat sonra bu versiyasını dövriyyəyə buraxıb. Görünür, Fuad bəyin “aydınlaşdırma”sının qətiyyən inandırıcı olmadığının fərqinə varıb, daha siyasi və daha müdrik versiya təklif edib.

Fuad bəy öz “aydınlaşdırma”sı ilə öz partiyadaşını inandıra bilmirsə, daha nə deyək...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Fevral 2026 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri